“Xocaəfəndi yer üzünü mayalayan bir könül sultanıdır”

Xocaəfəndi yer üzünü mayalayan bir könül sultanıdır

Mərhəmət ayı Ramazanda Əsənlər bələdiyyəsi “Anadolunu mayalayanlar” adlı mənəviyyat böyüklərinin həyat və fəaliyyətlərini ictimaiyyətə tanıdan tədbirlər təşkil edir. Fəthullah Gülən Xocaəfəndinin həyat və fəaliyyətindən bəhs edən bu dəfəki tədbirdə bələdiyyə sədri Tevfiq Göysu (Tevfik Göksu) onun haqqında “Təkcə Anadolunu deyil, yer üzünü mayalayan bir könül insanı” ifadələrinə yer verib.

Yerli bələdiyyələrin ramazan ayında təşkil etdiyi tədbirlər insanlara həm maddi, həm də mənəvi qida olur. Bu qəbildən Əsənlər bələdiyyəsi də “Anadolunu mayalayanlar” adlı tədbir təşkil edir. Mahmud Ustaosmanoğlu xoca, M. Əsəd Coşan xoca və Süleyman Hilmi Tunaxan xoca kimi mənəviyyat böyüklərinin həyat və xidmətlərindən bəhs edilən tədbirdə Fəthullah Gülən Xocaəfandinin də həyat və xidmətləri iştirakçılara çatdırıldı. “Dördyol meydanı”nda həyata keçirilən tədbirdə minlərlə insan vardı. Əsənlər bələdiyyəsinin sədri M.Tevfiq Göysu çıxışında Fəthullah Gülən Xocaəfəndi haqqında “Təkcə Anadolunu deyil, yer üzünü mayalayan bir könül insanı” ifadələrinə yer verdi. Göysu daha sonra “Kimimiz Fəthullah Gülən, kimimiz camaat, kimimiz hizmət kimi tanısaq da, o, hamımızın könül sultanıdır. Burada onun haqqında danışmaq küçələrimizə, evlərimizə, meydanımıza bərəkət gətirir. O, bu torpaqlara bərəkətli toxumlar səpməklə “Anadolunu mayalayanlar” silsiləsinin halqası oldu, həm də o silsiləyə sığmayan bir halqası... Bəlkə də, onu “Anadolunu deyil, yer üzünü mayalayan bir könül insanı” adlandırmalıyıq. Çünki Qara dəniz ətrafı ölkələrdə, Egey bölgəsində, Afrikada, Orta Şərqdə, Orta Asiyada və Avropada - dünyanın hər yerində onun mayasını görürük.” Daha sonra çıxış edən jurnalist-yazar Əli Dəmirəl Xocaəfəndinin son vaxtlar ailənin əhəmiyyətini xüsusi vurğuladığını nəzərə çatdıraraq onun ailə həyatı ilə əlaqədar tövsiyələrini iştirakçılarla bölüşdü. Ailə səadətinin “5 S” qaydasından keçdiyini söyləyən Dəmirəl “səccadə, səhifə, süfrə və səyahət birliyi olsa, bunlar sevgi birliyini də özü ilə gətirər”, - dedi. Dəmirəl ailə üzvlərinin camaatla namaz qılmasının, həftənin müxtəlif günlərində bərabər bir şey oxumasının və qısamüddətli də olsa, birlikdə səyahətə çıxmasının o ailəyə xoşbəxtlik və səadət gətirəcəyindən danışdı. Bəyazid camesinin imam-xətibi Suat Gözütoxun Quran tilavəti ilə başlayan tədbir Fəthullah Gülən Xocaəfəndidən bəhs edən video-görüntünün numayişi ilə davam etdi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.