“İnsanlığın iftixarı Həzrət Məhəmməd (s.a.s.)-2” adlı bu əsər duyğu, düşüncə, elm, mə na və ruhda insanlığın görüb görəcəyi ən möhtəşəm mədəniyyətin qurucusu, varlığın mə nası və əsası, yaradılış ağacının meyvəsi, Kainatın Fəxri Həzrət Məhəmmədin (sallalla hu aleyhi və səlləm) ən böyük Nəbi və Rəsul olması ilə yanaşı, Rəbbin ən təvazökar qu lu, mükəmməl dövlət adamı, məğlubedilməz lider, misilsiz tərbiyəçi və rəhbər kimi xü su siyyət lərini nəsillərə tanıdır.
Əgər bəşəriyyət Onu tanısaydı, Məcnun olub yollara düşərdi, qəlb lər Onun yadi-cəmi li (xoş xatirəsi) ilə həsrətdən sızla yar, gözlər yaşla dolardı. Və bəşər Onun pak səmtinə, pey ğəm bər lik dünyasına, tərtəmiz iqliminə girə bilmək üçün ürpərər, Onun eşqinin atəşi ilə yanan qəlbinin kül ləri cana gəlsin deyə ru zigarın önünə atılar və elə hey Ona doğru sov rulardı.