Xoşgörü iftarı

Gazeteciler ve Yazarlar Vakfı’ndan görkemli iftar

“Jurnalistlər və yazarlar cəmiyyəti” (Gazeteciler ve Yazarlar Vakfı (GYV)) təşkil etdiyi iftar yeməyində cəmiyyətin müxtəlif təbəqələrindən yüzlərlə insanı bir araya gətirdi. Ədliyə Naziri (Adalet bakanı) Sadullah Ərgin, Müdafiə Naziri İsmət Yılmaz, CHP-nin sədr müavini Ərdoğan Torpaq, BBP-nin sədri Mustafa Dəstiçi, DSP-nin sədri Məsum Türkər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Çalışma Bakanlığı) müşaviri Fateh Acar, İqtisadiyyat Nazirinin (Ekonomi Bakan) müavini Mehmet Ceylan, bir sıra partiya nümayəndələri, millət vəkilləri, iş adamları və yüksək vəzifəli şəxslərlə yanaşı, 70-ə yaxın ölkənin səfirləri də iftar yeməyində iştirak etdilər.

İştirakçılar arasında ABŞ səfiri Fransis Rikkardone (Francis Ricciardone), Fransa səfiri Laurent Billi, Vatikan səfiri Antonio Luçibello ilə yanaşı, “Ələvi Bektaşi dərnəkləri”, “Alpərən Ocaqları” və “Türk ocaqları”nın təmsilçiləri də var idi.

İftar yeməyində “Jurnalistlər və yazarlar cəmiyyəti”nin fəxri sədri Fəthullah Gülən Xocaəfəndinin 1996-cı ildə Lütfü Qırdar (Lütfi Kırdar) adına konfrans salonunda etdiyi çıxışın video çəkilişi iştirakçılara göstərildi. Xocaəfəndi çıxışında GYV-nin qurulduğu andan etibarən xoşgörüyə xidmət etdiyini vurğulayaraq xoşgörü yolunda atılan heç bir addımın qarşılıqsız qalmayacağını vurğulayırdı. Gülən çıxışında: “Sevgi və xoşgörü ilə bəzi nəticələrin əldə oluanacağını xəyal edir, gözləyir və “gələcək naminə bütün xoşgörülü insanlarla əl-ələ verək!” deyirəm! Bunun üçün lazım gəlsə, hər küçə başında bir xoşgörü dərnəyi qurulmalı, beləcə gələcəkdə əgər qanlı fikirlər, qara düşüncələr Türkiyəni qana bulamağı planlaşdırırsa, bu əməllər beşiyindəcə boğulmalı və buna imkan verilməməlidir” deyə fikirlərini bölüşür.

Müdafiə Naziri İsmət Yılmaz öz çıxışında Ramazanın oruc, xoşgörü və həmrəylik ayı olduğunu söylədi. Ədliyyə Naziri Sədullah Ərgin də Ramazanın bərəkət və dinclik gətirdiyini ifadə etdi. ABŞ-ın Ankara səfiri Fransis Rikkardone Türkiyədə olmaqdan məmnuniyyət duyduğunu, xüsusilə, ramazan ayında burada olmaqdan ayrıca özünü xoşbəxt hiss etdiyini bildirdi. Fransa səfiri Laurent Bili də fərqli mədəniyyətlərdən çox sayda insanın eyni iftar süfrəsini bölüşdüyünə diqqət çəkdi. GYV-nin sədri Mustafa Yaşıl cəmiyyətin qurulduğu gündən bəri “birlikdə yaşama” anlayışı ilə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə bir çox tədbir təşkil etdiyini nəzərə çatdırdı.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.