Vəfat edən monqolustanlı müəllim Qalimbek dualarla anılır
Cənubi Afrikanın Yohannesburq şəhərində fəaliyyət göstərən Nizamiyə Səma türk məktəbinin müəllimi Qalimbek avtomobil qəzası nəticəsində haqqın rəhmətinə qovuşub.
Nizamiyə Səma Türk məktəbinin direktoru Faruk Türkmən Qalimbek müəllim haqqında: “Qalimbek müəllim məktəbə hamıdan əvvəl gələr, hər gün dərsə Cevşən oxuyaraq başlayardı. O bu il məzun olacaq şagirdlərin hər biri ilə ayrıca söhbət edər, onların problemləri ilə maraqlanardı. Ona görə də şagirdləri Qalimbek müəllimi çox sevirdilər. Qalimbek ailəsinin etirazlarına baxmayaraq Cənubi Afrikaya gəlmişdi və məqsədi əsl insanlar yetişdirməyə xidmət etmək idi. Qalimbekin oğlu Jyemilbek atasının ölümündən hələ də xəbərsizdir. Kiçik oğlı isə qəza zamanı haqqın rəhmətinə qovuşub, həyat yoldaşı isə yüngül yaralanıb. İndi Qalimbek ailəsi hamıdan özləri üçün dua gözləyirlər.”
- tarixində yaradılmışdır.