İslamda zorakılığa yer yoxdur

İslamda zorakılığa yer yoxdur

Şimali Amerika Fiqh Şurasının sədri professor Müzəmmil Siddiqi ötən həftələrdə İstanbulda səfərdə olub. Siddiqi müsəlman aləmində sürrətlə artan terror qrupları və onların fəaliyyətləri haqda “Bu insanlar İslama çox zərər verir. Bu, cihad deyil, fəsaddır”, - deyib.

Şimali Amerika Fiqh Şurasının sədri professor Müzəmmil Siddiqi Fəthullah Gülən Xocaəfəndinin bəşəriyyətə və İslama verdiyi töhfələrdən ağızdolusu danışıb. İki dövr Şimali Amerika İslam Cəmiyyətinin (ISNA) sədri vəzifəsini də icra edən Siddiqi Xocaəfəndinin İslam dəyərlərini çox yaxşı dərk edib müasir mədəniyyətlə birləşdirərək mükəmməl şəkildə sintez etdiyini bildirib. O: “Gülən, fürsət tapdıqca xoşgörü və sülhdən danışır. Bu gün dünyanın buna ehtiyacı var”, - deyir. Siddiqi ələlxüsus da son dövrlərdə Orta Şərqdə sürrətlə çoxalan bəzi terror qrupları və onların fəaliyyətləri ilə əlaqədar: “Bu insanlar İslama çox zərər verir. Bu, cihad deyil, fəsaddır”, - deyib.

Hizmət müasir bir Hərəkatdır

ABŞ-ın tanınmış din xadimi hindistan əsilli professor Müzəmmil Siddiqi Hizmət hərəkatının dünya miqyaslı fəaliyyətlərində son dərəcədə məmnun olduğunu söyləyib. Hərəkatın fəaliyyətlərinə heyran qaldığını deyən Siddiqi: “Hizmət hərəkatı dövrə uyğun son dərəcədə müasir bir hərəkatdır. Hərəkatda müxtəlif sahələrdə fəaliyyət göstərən və bəşəriyyətə işıq saçan bir çox könüllü insan var. Hizmət hərəkatının fəaliyyətlərini son dərəcədə faydalı hesab edirəm. Xocaəfəndi ilə şəxsən görüşməmişəm, amma bəzi əsərlərini oxumuşam. Ona bu xeyirxah fəaliyyətlərə rəhbərlik etdiyinə görə duaçıyam”, - deyib.

Harvard Universitetində Müqaisəli Dinlər üzrə doktorantura oxuyan professor Müzəmmil Siddiqi: “Biz müsəlmanlar həmişə zorakılıq və terrorun əleyhinə olmalıyıq. Kimsə İslam adına səhv iş görürsə, bunu kəskin şəkildə qınamalıyıq” – deyib. Cihad adına məsum insanları oldürənlərin İslamda yeri olmadığını söyləyən Siddiqi: “Bunlar İslama çox zərər verir. Kəskin şəkinlə qınamaq lazımdır. İslamda zorakılığa yer yoxdur”, - deyib.

Amerikada müsəlmanların sayı çoxalır

11 Sentyabr hadisəsindən sonra, xüsusilə Amerikada müsəlmanlara qarşı formalaşan qərəzli münasibət hələ də davam etdiyini söyləyən professor: “Amerikada İslamı yanlış tanıyan insanlar var. Bəziləri müsəlmanların əleyhinə təbliğat aparırlar. Burada İraq və Suriyədəki hadisələrin büyük təsiri var. Bu hadisələr İslama dair yanlış fikirlərin formalaşmasına səbəb olur. Amerikalılar açıqfikirli insanlardır. Əksəriyyəti gəlib İslam haqqında suallar verir. Amerika plüral və azad ölkədir. Məscidlərdə tədbirlər keçirir və heç bir əngəllə qarşılaşmırıq”.

Dünyada bəzi qrupların İslamofobiyanı yaymaq istədiyini deyən Siddiqi: “Bəzi qrupların İslama zərər vermək istədiyini düşünürəm. Allahın izni ilə, istədiklərinə nail olmayacaqlar. Öz dəyərlərimizdən düzgün istifadə etmirik. İslami dəyərləri lazımi səviyyədə dərk etmirik. İslam dünyasındakı mövcud problemlərin səbəbi budur. Həqiqi demokratiya bərqərar olmadan azad cəmiyyət olmaz. İslam dünyası üçün demokratiya asan yol deyil, səbirlə çalışmaq lazımdır”, - deyb.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.