Fəthullah Gülən Xocaəfəndi İŞİD-i qınayıb

Fəthullah Gülən Xocaəfəndi İŞİD-i qınayıb

İŞİD terror təşkilatı tərəfindən din arxasına sığınaraq vəhşicəsinə törədilən zülmləri qınayır və baiskarların qeyri-insani əməllərinə son veməsi və tezliklə məhkəməyə təslim ediməsi üçün dünyanın hər tərəfindən edilən çağrıya şərik olduğumu bəyan edirəm.

Azlıqlar və ya məsum sivillərə hücum, təzyiq və ya zülm Quranın qızıl düsturlarına və Peyğəmbərimizin (sallallahu aleyhi vəsəlləm) sünnəsinə tamamilə ziddir. İŞİD mənsubları - şayəd bəzi güclərin əlaltısı kimi hərəkət etmirlərsə - İslam dininin ruhunu və onun Peyğəmbərini (sallallahu aleyhi vəsəlləm) tanımayan cahillərdir. Hər nə olur-olsun, bu əməlin adı terrorizmdir və belə də adlandırılmalıdır.

Dinin məqsədi dünyada ümumbəşəri insan hüquqlarının üstünlüyünü və yüksək insani dəyərlərə söykənən sülhü bərqərar etməkdir. Buna əks görüşlər, xassətən konfliktləri körükləmək məqsədilə dinin sui-istifadə edilməsi onun ruhuna ziddir və bir nifaqdır. Əsas prinsilər nöqteyi-nəzərdən İslami düşüncədə doğru/qanuni məqsədə aparan yollar da doğru/qanuni olmalıdır. Buna əks hərəkət makiavellizmdir.

İraq və Suriyədə ölənlərin və amansızcasına qətl edilən jurnalist Ceyms Folinin / James Foley ailə və yaxınlarına səmimi ürəkdən başsağlığı verir, Cənabi-Allahdan onlara səbir və mətanət verməyini, kədərini yüngülləşdirməyini niyaz edirəm. Başda hər ötən gün aqibətindən daha da nigaran olduğumuz 49 vətəndaşımız olmaqla digər bütün girovların da dərhal sərbst buraxılması və dünyada sülhün bərqərar olması üçün Cənabi-Allaha duaçıyam və hər kəsi bu duaya şərik olmağa dəvət edirəm.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.