“Rumi” sülh və dialoq mükafatları laureatlara təqdim edilib
Paytaxt Vaşinqtonda fəaliyyət göstərən Rumi Forumun bu il yeddinci dəfə təşkil etdiyi “Rumi” sülh və dialoq mükafatlarının təqdimetmə mərasimi baş tutub. Tədbirdə çıxış edən Rumi Forum Sədri Əmrə Çelik mükafatların sülh, dialoq, tolerantlıq və bəşəriyyətə xidmət edən şəxslərə təqdim edildiyini bildirib.
Vaşiqntonun böyük nüfuza malik dərnəyi “Beynəlxalq Mətbuat Klubu”nda keçirilən tədbirə 15 ölkədən elm adamı və QHT nümayəndələri qatılıb. Tədbirdə çıxış edən Əmrə Çəlik Rumi Forumun 1999-cu ilində ictimaiyyətə xidmət etmək və sosial birliyin təsisi məqsədi ilə qurulduğunu bildirib. Maarifsizlik və qərəzli yanaşmanı təhsil və dialoq yolu ilə aradan qaldırmaq mümkün olduğunu diqqətə çatdıran Çəlik: “Rumi Forumun Fəxri Sədri Fəthullah Gülən dünya miqyasında demokratiya və insan hüquqlarını dəstəkləyən bu kimi təşkilatları təşviq edir”, - deyib.
Tədbirin açılışında çıxış edən Beynəlxalq Mətbuat Klubunun Sədri Ancela Griling Kin (Angela Greiling Keane) dərnəyin bir çox fəaliyyətə imza atdığını və bu fəaliyyətlərin Mövlananın fikirləri ilə üst-üstə düşdüyünü söyləyib. Xüsusilə söz azadlığına böyük əhəmiyyət verdiklərini bildirən Kin ABŞ və dünya miqyasında bu sahədə müxtəlif fəaliyyətlərə imza atdıqlarını bildirib. Kin dialoq və tolerantlığın geniş yayılmasına əhəmiyyət verdiklərini də vurğulayıb.
CAR-ın Vaşinqtondaki səfiri İbrahim Rəsul “Məsnəvi”yə heyran olduğunu və bu kitabın Mövlananın şah əsəri olduğunu dilə gətirib. Təqdimetmə mərasimindən sonra başlanan “Hizmət hərəkatı və sülhün inşaası” adlı konfransın əhəmiyyətinə toxunan Rəsul bu tədbirin Ruminin ruhu ilə və Fəthullah Gülən Xocaəfəndinin rəhbərliyi ilə sülhün bərqərarına bir töhfə olduğunu bildirib. Rumi Forumun qlobal Hizmət hərəkatının bir parçası olduğunu dilə gətirən Rəsul hərəkatın Afrika qitəsindəki fəaliyyətlərindən ağızdolusu danışıb.
Tədbirdə “Topluma xidmət”, “Sülhə bağlılıq” və “Təhsilə bağlılıq” mükafatları verilib. 2012-ci ildə “Time” jurnalı tərəfindən “Dünyanın ən nüfuzlu 100 adamı”ndan biri seçilən, dünyada aclığı sona çatdırmaq üçün üçüncü dünya dövlətlərində sağlam, təmiz yemək bişirmə sistemlərini quran məşhur aşpaz Joze Andresə (Jose A.) “Topluma xidmət” mükafatı, insan hüquqları üzrə fəaliyyəti ilə tanınan “Lantos İnsan Hüquqları və Ədalət Vəqfi”nin sədri Anet Landosa (Annette Lantos) “Sülhə bağlılıq” mükafatı, ən böyük intellektuallardan biri sayılan, Afrika qitəsi və İslamiyyət üzrə apardığı araşdırmalarla tanına Binqatom (Binghamton) Universiteti Qlobal və Mədəni Araşdırmalar İnstitutunun direktoru Əli Mazruiyə də “Təhsilə bağlılıq” makafatı təqdim edilib.
- tarixində yaradılmışdır.