Bir aydan 450000 oxucu “öz ruhunu arayıb”
M.Fəthullah Gülən Xocaəfəndinin müxtəlif sualları cavablandırdığı, müəyyən problemlərə həll yollarını göstərdiyi Prizma silsiləsinin “Kəndi ruhumuzu ararkən” adlı doqquzuncu kitabı bir ayda 450 min ədəd satılıb.
“Nil” nəşriyyatında işıq üzü görən kitab kitab mağazalarında ən çox satılanlar sırasındadır. “Nil” nəşriyyatının direktoru Tevfiq Aslan bildirib ki, kitaba olan marağın səbəbi Xocaəfəndinin səmimiyyəti, dərin elmi-savadı və heç vaxt dəyişməyən üslubu ilə əlaqədardır. Tevfiq bəy kitabın yenidən nəşrə hazırlandığını da qeyd edib.
- tarixində yaradılmışdır.