Vaşinqtonda Hizmət hərəkatının dünya sülhünə verdiyi töhfə müzakirə ediləcək

Vaşinqtonda Hizmət hərəkatının dünya sülhünə verdiyi töhfə müzakirə ediləcək

ABŞ-ın paytaxtı Vaşinqtonda “Hizmət hərəkatı və sülhün inşaası” adlı beynəlxalq simpozium və “Rumi Sülh və Dialoq Mükafat Mərasimi”nin hazırlıqları başlanıb. Üç gün nəzərdə tutulan tədbirə 6 qitə 20-dən çox ölkədən Vaşinqtona gələn elm adamları Hizmət hərəkatının dünya sülhünə verdiyi töhfədən söhbət açacaqlar.

Vaşinqtonun böyük nüfuza malik media dərnəyi Beynəlxalq Media Klubunda keçirilməsi nəzərdə tutulan tədbir Corctaun Univrsiteti (Georgetown Üniversitesi), Amerikan Universiteti (Marican U.), Maunt Strit Meris Universiteti (Mount St. Marys U.) və Rumi Forumun təşkilatçılığı ilə həyata keçiriləcək. Tədbir “Rumi Sülh və Dialoq Mərasimi” ilə başlanacaq və üçüncü dünya ölkələrində təmiz və sağlam yemək bişirmə sistemləri quran aşpaz Joze Andres (Jose A.), Afrika qitəsi və İsmaiyyət üzrə araşdırmalar aparan dünyaca məşhur elm adamı prof. Əli Mazrui (Ali M.) və ABŞ-da insan hüquqları üzrə mütəxəssis Anet Landos (Annette Lantos) kimi şəxslərə mükafatlar təqdim ediləcək.

“Hizmət hərəkatı və Sülhün inşaası” adlı simpozium 6 toplantıdan ibarət olcaq və 30-dan çox elm adamı təhsil, humanitar yardım, inanc və birgəyaşayış kimi sahələrdə Hizmət hərəkatının dünya sülhünə verdiyi töhfələrdən bəhs edəcəklər.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.