“Gülən də üzr istəsin!” ədəbsizliyi

Gülən də üzr istəsin! ədəbsizliyi

Təəssüf ki, bəzi kəsimlər İsrailin üsr istəməsini “hökümət-camaat” mübahisəsinə və ya qarşıdurmasına çevirməyə çalışırlar ki, onların bu kimi əməllərini son vaxtlar tez-tez müşahidə edirik.

Bu sevindirici hadisədən istifadə edərək “İsrail “Mavi Mərmərə” hadisəsinə görə üzr istədi, Fəthullah Gülən də üzr istəməlidir” şəklində ədəbsiz açıqlamalar verirlər.

Gülən Mavi Mərmərə hadisəsində vəfat edənlərin “şəhid” olduğunu açıqlayaraq başsağlığı diləmişdi.

Başsağlığı ismarıcında deyirdi: “Fələstində yaşanan faciəyə son qoymaq niyyəti ilə yola düşən, hücuma məruz qalaraq həyatını itirən şəhidlərimizə Allahdan rəhmət diləyir…”

“The Wall Street Journal” qəzetinə verdiyi müsahibədə də məlum hadisə haqqında “Gördüklərim xoş deyil, çirkin şeylərdir” ifadəsini işlətmişdi.

Gülən sözügedən qəzetə verdiyi müsahibədə “diplomatik yollardan maksimum istifadənin zəruri olduğunu” açıqlamış, “kritik bir vaxtda Türkiyəni müharibənin astanasına çəkən belə bir böhrana imkan verməmək üçün başqa yollar axtarmağın vacibliyini” bildirmişdi.

“İsraillə uzlaşama yolunu seçməməyin müsbət nəticələr verməyəcəyini” qeyd eymişdi.

Həmçinin bu üsulun “Mavi Mərmərə” hadisəsindən əvvəl Fələstinə göndərilən humanitar yardımlara da əngəl olacağını açıqlamışdı.

Hazırki vəziyyətə baxanda Gülənin fikirlərində haqlı olduğunu görürük.

Buna baxmayaraq “Gülən də üzr istəməlidir” çıxışları “fitnə məqsədi daşıyan ədəbsizlikdən” başqa bir şey deyildir.

Gülənin “hakimiyyətdən icazə alınmalıydı” sözünü tənqid edənlər də əlini vicdanına qoyub qoy bu suala cavab versinlər: “Mavi Mərmərə hadisəsi heç baş verməsəydi, doqquz Türk vətəndaşı tarixdə ilk dəfə neytral sularda hücuma məruz qalıb həlak olmasaydı, bu üç illik gərginlik də yaşanmasaydı, daha yaxşı olmazdı?”

Qeyd: “Bu gün” qəzetində çıxan bu köşə yazısının bir hissəsini saytımızla bağlı olduğu üçün sizinlə bölüşürük.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.