Fəthullah Gülən Xocaəfəndi “Menhey” mükafatına layiq görüldü
Fəthullah Gülən Xocaəfəndi sülh nominasiyası üzrə Menhey mükafatına layiq görüldü.
Jurnalistlər və Yazarlar Vəqfinin (Gazeteciler ve Yazarlar Vakfı) rəsmi saytında verilən məlumata görə Cənubi Koreyada 1997-ci ildən bəri fəaliyyət göstərən Menhey mükafatı bu il on yeddinci laureatlarını açıqlayıb. İndiyə kimi Menhey mükafatına aşağıda göstərilən görkəmli şəxsiyyətlər layiq görülüb:
- 2004 Nelson Mandela, Cənubi Afrika lideri (Nobel mükafatı laureatı)
- 2005 Dalay (Dalai) Lama, tibetli buddist lider (Nobel mükafatı laureatı)
- 2009 Şirin Əbadi, İran, insan hüquqları müdafiəçisi, (Nobel mükafatı alan ilk qadın müsəlman)
Menhey mükafatı təşkilat komitəsi bu ilki təltifetmə mərasiminin 11 avqust 2013-cü il tarixində keçiriləcəyini açıqladı.
Səhhətindəki problemlərinə görə mərasimdə iştirak edə bilməyən Fəthullah Gülənin mükafatı Jurnalistlər və Yazarlar Vəqfinin sədri Mustafa Yaşıla təqdim ediləcək.
“Menhey” mükafatı laureatları
1997: Ço Yonq-şiq (Cho Yong-shik), Koreya, aktivist, tədqiqatçı.
1998: Kim Sun-kvon (Kim Soon-kwon), Koreya, aktivist, professor.
1999: Yun Ceonq-uk (Yoon Jeong-uk), Koreya, aktivist, professor.
2000: Stefan Linton (Stephen Linton), Koreya, protestant missioner.
2001: Çunq Cu-yunq (Chung Ju-yung), “Hyundai” şirkətinin banisi.
2002: Kenq Von-ryonq (Kang Won-ryong), Cənubi Koreya, protestant keşiş.
2003: Kim Di-cunq (Dae-joong), Cənubi Koreya, sabiq prezident, (Nobel mükafatı laureatı).
2004: Nelson Mandela, CAR-ın sabiq prezidenti (Nobel mükafatı laureatı).
2005: Dalay (Dalai) Lama, tibetli buddist lider, (Nobel mükafatı laureatı).
2006: Kim Ci-ha (Ji-ha), Koreya, şair.
2007: Əl-Həcc Ömər (El Hadj Omar), Qabon prezidenti.
2008: Ceremi Gudi (Jeremy Goody), İngilis buddist rahib.
2009: Şirin Əbadi, İran, insan hüquqları müdafiəçisi, (Nobel mükafatı alan ilk müsəlman qadın)
2010: Li Donq-ceon (Lee Dong-geon), Beynəlxalq Rotari klubunun sabiq rəhbəri.
2011: A. Konirala, Nepal, insan hüquqları müdafiəçisi.
2012: Aki Ra, Kamboca, CNN mükafatı laureatı, aktivist.
2012: Vol Cu (Wol Joo), Koreya, Buddist rahib.
- tarixində yaradılmışdır.