Dünyaya Türk “Salam”ı

Dünyaya Türk “Salam”ı

Bu ilin ən maraqlı və səbrsizliklə gözlənilən filmlərindən biri də 3 qitədə və 4 ölkədə çəkilən “Salam” filmidir. Müharibələrin, aclığın və kasıblığın hökm sürdüyü, heç kəsin getmək istəmədiyi ölkələrə gözünü qırpmadan gedən fədakar müəllimlərdən bəhs edən “Salam” filminin çəkilişləri üçün düz iki il hazırlıq görülüb. Dörd ayda çəkilişləri tamamlanan bu film Seneqal, Əfqanıstan və Bosniya-Hersoqavinada lentə alınıb.

Film, getdikləri ölkələri özlərinə vətən bilən, rəngindən, dilindən asılı olmayaraq yerli insanları qardaş, bacı qəbul edən Zəhra, Harun və Adəm adlı müəllimlərin İstanbuldan yola çıxması ilə başlayır. Filmdə baş verən hadisələr real həyatdan götürülmüşdür. Adı çəkilən həmin üç müəllim sevdiklərini, ailələrini, evlərini, inandıqları ideallar uğruna tərk edərək üç fərqli qitəyə yola düşürlər. Adəm hamilə yoldaşını Türkiyədə qoyaraq minlərcə kilometr uzaqlıqda yerləşən Bosniya-Hersoqavinaya qardaşlıq və dostluq aparır. Zəhra aclığın və susuzluğun hökm sürdüyü Əfqanıstana gedərək uşaqlara yardım etməyə çalışır. Harun isə bir vaxtlar müstəmləkəçilərin məskəni olan Seneqala səfər edir. Bu üç fədakar insan getdikləri ölkələrdə dərs dedikləri uşaqlara təkcə pedaqoq deyil, eyni zamanda bir ana, ata, dost olmaq üçün əllərindən gələni edirlər.

Filmdə adı çəkilən üç ölkədə fəaliyyət göstərən Türk məktəblərinin müəllim və şagirdlərinin köməyindən istifadə edilib.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.