Fəthullah Gülən və yeni kitabı “Kalb İbresi"

Hazırda “Kalb İbresi”ni oxuyuram… Yavaş-yavaş çıxıram bu pillələrdən. Hər pillədə dayanıb dincəlirəm. Hər pillədə bir aləm açılır; seyrə dalıram. Dizlərim titrəyir, bir addım da atıram. Əqlim elm həzzi ilə dolur, qəlbim iman şövqü ilə coşur. Çox şükür, Nuhun gəmisindəyəm, yoxsa batıb gedərəm… Damla denizdən nə danışsın? Başa sala bilməyəcəm... “Kalb İbresi”ni oxuyun başa düşəcəksiniz... Şəksiz inanıram ki, bu kitabı oxuyanlar qəlbindəki imana, əqlindəki elmə dəstək verəcək. Oxumağın faydasını bu kitabla öyrənəcəklər. Onun kitabları, söhbətləri insanlara təsir edir. Çünki o vəzifəlidir... (İslama xidmət etməklə vəzifəli)

İslam alimləri İsrail peyğəmbərləri kimidir. Buna görə deyirlər ki,

"Çıx hardasan zühur et, biz səni gözləyirik.
İllərlə yollarında yorğun iməkləyirik.
Musa ol, Haqqa yüksəl təcəlli et Tura,
Zülmət yıxılsın, cahan qərq olsun nura"

Buyurur ki, "Alimin ölümü aləmin ölümü kimidir”. Çünki alimlə aləmlər yaşayır. İnsanın ən üstün məziyyəti elm və ibadəttir. Məhz alimlər elm və ibadətdə bizə nümunədir, örnəkdir. Kainatın ruhu İslamiyyətdir. İslamiyyətin rusu isə alimlərdir. Onun “Kalb İbresi” kitabını oxuyarkən bunları hiss etdim. Ruhum bəsləndi, ruziləndi. Hayatım canlandı. Belə bir əsəri sizə təqdim etdiyimə görə sevinirəm. “Ələq” surəsi belə buyurur:

"Oxu, səni yoxdan yaradan Rəbbinin adı ilə..."

Elə bil bu kitabda “Ələq” surəsi canlandı və mənə dərs verdi.

Niyazi Misri deyir ki,

"Bir damlaydıq saldıq onu dənizə.
Damla bizi necə anlasın, ümman olan anlar bizi"

Dənizi anlamayan, dənizdən götürülən sudan da anlamaz. İslamiyyəti anlamayan İslam alimini də anlamaz.

"Gülün içində tikan yox, tikanlar içində gül var.
Belə xilqəti sevən bülbül var."

Allah insana oxuyan göz verib. Oxunası Quranı və Qurana bağlı alimlərin kitablarını da verib. Allah insana dinləyən qulaq verib. Dinləyəcəyimiz alimləri də göndərib. İnsan əqlinin ən böyük vəzifəsi İslamiyyəti öyrənməkdir. Bədən üzvlərimizlə İslamiyyət vəhdət təşkil edir. Bu mövzuda daha geniş məlumat əldə etmək istəyən 6-cı Sözü oxusun.

"Dili yox qəlbimin, ondan çox bizaram"

Ancaq bu qədər yaza bildim. O gözəl insanın fəaliyyətlərinin davamını diləyir, oxuculara gözəl günlər arzulayıram. Allaha əmanət olun.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.