Daş qəlbləri kövrəldən göz yaşları

Saadettin Başer bəy Orta Asiyada Türk məktəblərinin açılış hekayələrindən danışarkən bunları söylədi:

Tacikistana gedəndə Hacı Kamal Ağabəyin xitabəti, kübarlığı, müdrikliyi dövlət idarəçlərini çox təsirləndirmişdi. Onun üçün ona xüsusi ehtiram göstərmiş və Tacikistanda qalmasını təklif etmişdilər. Türkiyənin Təhsil Naziri Taciklistanın Təhsil Nazirinə zəng edib bizim üçün görüş vaxtı təyin etmişdi. Türkmənistanın paytaxtı Aşqabada enərkən təyyarənin təkərləri yerə toxunar-toxunmaz stüardessa adlarımızı elan etdi. Bu elan bizim Təhsil Nazirliyi tərəfindən qarşılancağımıza işarə idi. Təyyarənin pilləkənlərindən düşəndə milliyətcə Rus olan Türkmənistan təhsil Nazirinin köməkçilərindən Aleksandr İvançenko “Xoş gəldiniz” deyə bizi qarşıladı.

Ertəsi gün Təhsil Naziri Nursahatov Moskvada olduğu üçün müavini Beycanov görüşün sabaha saxlandığını söylədi. Ertəsi gün Beycanov və Təhsil Nazirliyinin bir qrup heyəti ilə görüş başlandı. Nazir müavini söylədiklərimizi gerçək olmadığını düşündüyündən heç cür inanmaq istəmirdi. Dönə-dönə də: “Siz bizə maliyyə yardımı göstərin, biz öz məktəblərimizi özümüz tikərik. Bir qızıl bayraq getdi. Bizə ikincisi lazım deyil” deyərək etirazını bildirirdi. Bu xoşagəlməz ifadələrə baxmayaraq Türk-Türkmən qardaşlığını tərənnüm edən çox gözəl sözlər dedik. Ancaq heç bir müsbət nəticə alınmadı. Hacı Kamal Ağanı tanıdığım üçün görəsən nə vaxt guruldayacaq deyə içimdən keçirdim. Birdən-birə kövrələn Hacı Kamal Ağa ağlamağa başladı. Artıq rəsmiyyəti bir tərəfə buraxmış həm ağlayır, həm də həyəcanla danışırdı. Nümayəndə heyətinin danışdıqlarını başa düşüb-düşməyəcəyini heç düşünmədən belə dedi:

“Cənab Nazir, biz Türk milləti olaraq düz 70 ildir bu dəmir pərdənin aramızdan qalxmasını, sinəmizə dağlar çəkən bu həsrətin yox olmasını, doğma qardaşlarımıza qovuşub onların hər cür ehtiyaclarını aradana qaldıracağımız günü gözləyib öz vəfa borcumuzu, qardaşlıq vəzifəmizi yerinə yetirmək istəyirdik. Yalnız bu niyyət üçün yanınıza gəldik. Üzr istəyirəm, “Sizin bir qızıl bayraq getdi, ikincisini istəmirik” sözünüz bizi rəncidə etdi. Bu nə deməkdir? Bunları biz də istəmirik. Biz bura öz bayrağımızı dalğalandırmağa deyil, bu torpaqlarda məktəblər açmağa, elmlə, savadla dünyanı işıqlandıran əcdadımız kimi eyni geni daşıyan balalarımızın da onların yolu ilə getməsini arzulayıb gəldik. Türkmənlərin səsini bütün dünyaya çatdırsınlar. Sizi assimilyasiya etməyə deyil, sizinlə qucaqlaşmağa, sizinlə həmrəy olmaq fikrindəyik. Göstərdiyimiz bu xidmətlərə görə sizdən heç nə gözləmirik. Yeni yetişən nəsillər müasir təhsil alıb inkişaf edərlərsə, bundan ancaq Türkmən milləti faydalanacaqdır. Uşaqlarımız bilmədikləri dünyanı tanısınlar, bizim yaşadığımız yetmiş illik iztirablı həsrəti çəkməməsinlər, əsl Türk qardaşlarını tanısınlar deyə sizin yanınıza gəldik. Siz bizi yanlış anlayırsınız”.

Hacı Kamal Ağa bunları söyləyərkən, sanki, özünü unutmuş, gözlərindən süzülən yaşlar saqqalından aşağı süzülüb pencəyinin yaxasını isladmışdı. Bu duyğu dolu səmimi halı nümayəndə heyətindəki şəxslərin bəzilərini təsirləndirmişdi, ancaq Nazir Müavini, sanki, bu deyilənləri heç eşitmirdi. Görüş bitməyə az qalmış o qənaətini dəyişdirmiş bir əda ilə, bəlkə bir az da qonaq olduğumuzu xatırlayıb: “Madam ki siz çox qalmayacaqsınız, bu işi incəlikləri ilə bilən yoldaşlarınız varsa, onlar gələ bilərlər. Bu vaxta qədər Nazir də Moskvadan qayıdar” dedi. Daha sonra Nazirlə görüş baş tutdu. 1992-1993 tədris ili Türk-Türkmən məktəblərinin başlanğıc ili oldu.

Bir neçə ay keçdikdən sonra yenə bir işlə əlaqədar Aşqabada getmişdim. Təhsil Naziri Bayramsahat bəyə baş çəkdim.Məktəbin açılışına görə təşəkkür edir, müəllimlərin fəaliyyətinə görə məmnuniyyətini bildirirdi.

Saadettin bəyin xatirəsini Hacı Kamal Ağanın vəfatının (13 mart 1997) ildönümünə bir “Fatihə” oxuyasınız deyə sizlərlə bölüşdüm.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.