"Sülh məşəlini daşıyan insanlara ehtiyac var"

Fəthullah Gülən 26-27 may tarixlərində Almaniyanın Potsdam Universitetində keçirilən "Ənənə İlə Müasirlik Arasında Müsəlmanlar - Mədəniyyətlərarası Körpü Olaraq Gülən Hərəkatı" adlı konfransa bir ismarıc göndərdi. Gülən ismarıcında:

Sizin kimi seçkin şəxslərin ümumbəşəri dəyərlərə bağlı sülh dolu dünya üçün bir yerə toplanması məni bu amala daha çox insanın qatılacağına, müxtəlif kültür və mədəniyyətlərin uzlaşacağı bir üfüqün əldə olunacağına ümidləndirir. Qarşılıqlı anlayış, dialoq, ümumbəşəri insani dəyərlərdə uzlaşma, müxtəlif görüş, inanc və düşüncələrə hörmət; gələcək yolunda ixtilafları sülhlə aradan qaldıra bilmədiyimiz zaman baş verən mübahisə, qarşıdurma və zorakılığa qarşı ən güclü qaladır.

Bu hədəfə çatmaq üçün görülən hər cür müsbət və xoşməramlı fəaliyyətlər təqdirə-layiqdir. Almaniyadakı, Türkiyədəki və bütün dünyadakı insanlar hansı mənşədən olur-olsun, bu konfransda sülh uğrunda gördüyünüz işi təqdir edəcəkdir.

Elə inanıram ki, insanın varlığında gizli olan gözəllik və yaxşılıq gec-tez ortaya çıxacaq. Elə düşünürəm ki, bir gün bu gözəllik və yaxşılıq bütün hüdüdları aşacaq, dünyanın hər tərəfində sülh hökm sürəcək. Bizim vəzifəmiz yalnız bu ümidverici günə çatmaq üçün yola çıxmaqdır. Bu yolda hər bir addım əhəmiyyətli, hörmət və övgüyə layiqdir.

Bu yolun hər addımı qarşılıqlı hörmət və anlayışa söykənməlidir - ki bu yalnız dövlət və millətlər üçün deyil, hər birimiz üçün keçərlidir. Bu dialoqa rəhbərlik etmək sadəcə hökümət ya da dövlət orqanların vəzifəsi deyil. Qeyri-hökümət təşkilatları və fərdlər tərəfindən icra edilən könüllü xidmətlər də sayğı və sülh məşəlini yandırmaq üçün ən az bunlar qədər əhəmiyyət daşıyır. İnsanlığın bu məşəli daşıyan insanlara ehtiyacı vardır.

Fəthullah Gülən

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2021 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.