"Rusiya və İslam dünyası: Stabillik naminə əməkdaşlıq" konfransına göndərdiyi məktub

Fəthullah Gülən, Rusiya Xarici İşlər Nazirliyi, Rusiya Müftiliyi, Moskva Bələdiyyəsi və İslam Konfransı Təşkilatı ilə birlikdə təşkil etdiyi "Rusiya və İslam dünyası: Stabillik naminə əməkdaşlıq" adlı konfransa bir məktub göndərdi. Gülən məktubunda:

Möhtərəm Dmitriy Medvedev həzrətləri,
Rusiya Müftilər Şurasının çox qiymətli üzvləri,
Hörmətli qonaqlar,

Dialoq və qarşılıqlı hörmət kimi müqəddəs dəyərlərin əhəmiyyəti barəsində vurğulanan "Rusiya və İslam dünyası: stabillik naminə əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak etmək mənim üçün böyük bir xoşbəxtlik və qürur qaynağıdır.

Fərdi olaraq bu konfransa qatıla bilməməyimə baxmayaraq, bütün iştirakçılara hörmət və təbriklərimi çatdırıram. Bununla yanaşı, qlobal sülhü təmin etmək üçün beynəlxalq əməkdaşlıq ilə bu sahədə yeni fikirlər naminə çalışan Rusiya Müftilər Şurasının dəyərli üzvlərinə, siyasi xadimlərinə və cəmiyyətin vəzifəli şəxslərinə ən dərin təşəkkürlərimi və təbriklərimi təqdim edirəm.

Elm, mədəniyyət, təhsil və iqtisadiyyat sahələrində beynəlxalq əməkdaşlığın zəruri olduğunu düşünürəm.

Hal-hazırda ortaq problemlərimizə həll yolu tapmaq üçün müxtəlif dinlərin, etnik qrupların və qeyri-hökumət təşkilatlarının bir-biri ilə sıx əməkdaşlığına ehtiyac duymaqdayıq.

Bu səyin Rusiya Federasiyası kimi zəngin tarixi və mədəni irsi olan, müxtəlif dinlərə və mədəniyyətlərə ev sahibliyi edən bir coğrafiyada reallaşmasını çox təbii hesab edirəm. Bu vəziyyət onu göstərir ki, Rusiya Federasiyası fərqli mədəniyyətlərə və yenilik gətirən fikirlər üçün zəmin hazırlamağa nə qədər hörmət bəsləyir. Bu səbəblə Prezident Dmitriy Medvedev həzrətlərini və dəyərli dövlət xadimlərini təbrik edirəm.

Sonda bəşəriyyət naminə ən mühüm sahələrdə bu beynəlxalq əməkdaşlığa tərəfdar olan və dəstək göstərən hər kəsə təşəkkürlərimi təqdim edirəm.

Fəthullah Gülən

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.