Fəthullah Güləndən Ərbilə İsmarıc
Fəthullah Gülən Xoca Əfəndi “Gazeteciler ve Yazarlar Vakfı”nın İraqın Ərbil şəhərində tərtib etdiyi “Abant Platformu”na ismarıc göndərdi. İsmarıcı oxuyan “Gazeteciler ve Yazarlar Vakfı”nın rəhbəri Mustafa Yeşil Gülənin “Abant Platformu”unun tərtib etdiyi toplantıya ilk dəfə ismarıc göndərdiyini qeyd etdi. Gülənin ismarıcının məzmunu belədir:
“Hörmətli iştirakçılar, dəyərli ziyalılar, siyasət və fikir adamları, sizi Uca Mövlanın sonsuz salamı ilə salamlayıram.
Ərbil tarixi, mədəni, insani və ictimai dəyərlər baxımından dünyanın ən zəngin və münbit bölgələrindən biridir. Qədim dövrlərdə çox mühüm mədəniyyətlərə qucaq açmış, ictimai və siyasi həyatda mühüm rol oynamışdır.
“Abant Platformu” və dəyərli iştirakçılarını bu bölgəyə göstərdikləri maraq və yaxın münasibətə görə təbrik edirəm. Çünki bu gün Ərbil tarixi keçmişində olduğu kimi, mədəni, ticari və təhsil fəaliyyətləri ilə göz oxşayır, qarşılıqlı münasibətlərin inkişaf etdirilməsinə və strateji əhəmiyyətli coğrafiyanı formalaşdırır. Qardaşlıq, həmrəylik və yardımlaşma eyni coğrafiyanı paylaşan insanların vaz keçilməz, təxirə salınmaz, ümumbəşəri dinamiklərindəndir. Bu gün ortaq bir fikir və hərəkət üçün bir çox səbəblərimiz mövcuddur.
Son əsrdə bu bölgə ümum dünyada siyasi marağa səbəb olmuşdur. Şübhəsiz, müharibə də, sülh də müxtəlif insani və beynəlxalq münasibətləri öyrədir və böyük uğurları təmin edir. Səbəb olduğu dramatik hadisələrlə yanaşı, maarifləndirici, insanı kamilləşdici cəhətlərə də malikdir. Lakin nəticə etibarilə, ictimai həyata, yəni normal həyat şəraitinə geri dönmək lazımdır.
Şübhəsiz, əsas çətinlik bundan sonra başlayacaq. Böyük fədakarlıq, səbir və dözüm lazımdır. Türkiyədə minlərlə, hətta milyonlarla insan bu coğrafiyaya fikrən və mənən məhəbbət bəsləyir. Qarşılıqlı dostluq, yaxın yoldaşlıq və qonşuluq münasibətləri daxilində lazımi fədakarlığa, təcrübə və məlumat mübadiləsinə səmimiyyətlə maraq göstərirlər.
Ümid edirəm ki, bu yığıncaq qısa müddətdə ictimai və mədəni səmərəyə vəsilə olacaq. Bu bölgə xalqının maddi-mənəvi çətinliklərinin azalmasına, bölgədəki yaraların sağalmasına az da olsa, vəsilə olar. Bu səbəblə bütün iştirakçıları səmimi qəlbdən təbrik edir, Ərbili təmsil edən görkəmli şəxsiyyətləri və elm adamlarını da hörmətlə salamlayaraq, qonaqpərvərliyinizin bərəkətli bir fəaliyyət və müvəffəqiyyətə vəsilə olmasını Uca Mövladan niyaz edirəm.
Allahının sonsuz salamı üzərinizə olsun...
- tarixində yaradılmışdır.