399-cu nəğmə: “Xor baxma, könül qırma!..”

Fəthullah Gülən: 399-cu nəğmə: “Xor baxma, könül qırma!..”

Fəthullah Gülən Xocaəfəndi son söhbətində hər bir şeydə Cənabi-Allahın rizasını axtarmağın əhəmiyyətinə diqqət çəkdi. Hər şeyin bugündən ibarət olmadığını söyləyən Xocaəfəndi “Xoş görmək lazımdır. Hər kəsi xoş görmək lazımdır”, - dedi.

Xocaəfəndi söhbətdə aşağıdakı sözlərə də yer verdi:

“Vavib olan ilahi murada diqqət etmək və Onun hər icraatına ehtiram göstərməkdir. Dilək, arzu və seçimlərdə Cənabi-Allahın xoşnudluğunu axtarmaq; hal, hərəkət və davrnışlarda Onun rizasını diqqətə almaq; (mənfi-müsbət) hər bir hadisədə “Rəbb olaraq Allahdan razı olmuşuq” həqiqəti ilə nəfəs dərmək çox mühimdir.”

“Baş verən heç bir hadisə Onun iradəsindən kənar deyildir. Bəzən Cənabi-Allah sizi bir yerə gətirmək və bir nöqtəyə çatdırmaq üçün “Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli ola bilər.” (“Bəqərə” surəsi 2\216)həqiqətini təcəssüm etdirir. Zahirən şər görünən hadisələrlə qarşılaşa bilərsiniz, lakin onun sonu lütf və ehsandır. Lətif olan Allah ilahi lütfünü leysantək üstünüzə yağdırar. Başlanğıccda ildırımlar, şimşəklər çaxa bilər, ancaq sonra rəhmət yerə düşər, hər tərəf ürək açan bağ-bağçaya, gülüstana dönər. Sonra o müvəqqəti qorxu və xofu da unudarsınız; yaddaşda ancaq sirin bir xatirə qalar. Sonra bir hekayə kimi onu nağıl edərsiniz, bundan da başqa bir zövq alarsınız.”

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.