Vicdan yalan deyərmi?
Sual: Vicdanın yalan deməyəcəyinə inanırıq, lakin əsərlərdə "əgər vicdanı təfəssüx (pozulma, yırtılma, parçalanma) etməmişsə" kimi ifadələrə rast gəlirik. Vicdanı haqdan uzaqlaşdıran amillər nələrdir; bu təfəssüx hansı mərhələdən sonra baş verir? Hansı əməllər çürüməyə başlamış bir vicdanın dirilməsinə və canlanmasına vəsilə ola bilər?
- İnsanın əsas mahiyyəti, özünü duyması və dərk etməsi də deyə biləcəyimiz vicdan insan ruhunun yaxşını pisdən ayıra bilən iradə, qəlbin dərinliyinin başqa bir ünvanı olan lətifeyi-rəbbaniyə (İnsan qəlbinə bağlı və bütün duyğuların sultanı olan incə bir duyğudur ki, İlahi həqiqətlər onunla hiss edilib onunla duyulur) (fuad), şüur varıdatı ilə zehin və ihsas tələvvünlü hiss xəlitəsindən meydana gələn bir mexanizmdir; insanın həm özünü, həm də bütün varlığı, varlığın Allahla münasibətini duyan, sezən, şərh edən və əsaslar nisbətində imana, mərifətə, məhəbbətə, eşq və iştiyaqa mənfəzlər açan mələkuti bir mexanizmdir. (01.00)
- Geniş sistem olan vicdanın əsaslarından biri iflic olsa, artıq vicdan funksiyasını yerinə yetirə bilməz. Əslində, vicdan da Haqqın susmayan şahidləri kimi, təkbaşına haqqı və həqiqəti hayqıran ilahi və səmavi bir sədadır. Lakin bu vicdan bizim tərifimizə uyğun olarsa, belədir. Yoxsa, nəfs mexanizminin altında qalıb əzilmiş bir vicdandan eyni nəticələri gözləmək, əlbəttə ki, mümkün deyil. Bəli, bir insan düşünün ki, tamamilə şəhvət, kin, nifrət, şan-şöhrət dəlisidir. Gördüyü hər işdə ruhunu bürüyən bu mənfi duyğuların təsirindədir. Vicdanının əlini-qolunu bağlamış və dolayısilə, də onu təsirsiz hala gətirmiş belə bir insana sözün əsl mənasında "vicdansız" deyilir. (02.02)
- Vicdan kəlmə olaraq "tapmaq" mənasına gəlir. İnsan onunla həm özünü, həm də Rəbbini tapır. İnsanın bir mülk, bir də mələkut yönü var. İnsanın mənəvi yönünə də, maddi yönünə də ayrıca bir mexanizm kimi yanaşıb elə qiymətləndirmək daha uyğundur. Bunlardan mənəvi olana vicdan mexanizmi, digərinə də nəfs mexanizmi deyə bilərsiniz. Qəlb, ruh, sirr, xəfi, əxfa aləmi-əmrə (yalnız İlahi əmr ilə işlərin dərhal həyata keçdiyi aləm. Yaradılışa aid qanunlar aləmi) aid Rəbbani lətifələr (hislər), iradə, idrak, şüur, hiss və duyğular vicdan mexanizmini meydana gətirərkən; hər cür şəhvani arzu, istək və kaprizlər müəyyən hikmət və məqsədlər üçün insana verilən kin, nifrət, hərislik, inadkarlıq kimi duyğular da nəfs mexanizmini meydana gətirir. Bu iki mexanizm sanki həmişə bir-birinin əleyhinə işləyir. Ancaq vicdan mexanizmi qələbə çalsa, nəfs mexanizmi də üzünü müsbətə çevirər və insanın ucalıb yüksəlməsinə xidmət edən bir sistem halına gələr. (03.45)
- Vicdanda bir nöqtəyi-istinad (kainatda cərəyan edən və insana dəhşət verib aciz qoyan hadisələr qarşısında insanın çox qüdrətli bir yerə söykənməyə və güvənməyə olan fitri ehtiyacı) və bir də nöqtəyi-istimdad (insanın qəlbindəki sonsuz amal və arzuların yerinə yetirilməsinə olan ehtiyacı) vardır. İnsan bunlarla acizliyini və heçliyini dərk edir. Bununla Cənabi-Haqqa söykənir və nə istəyəcəksə Ondan diləyir. Ancaq ömründə bir dəfə olsun vicdanına qulaq verməmiş bir insanın bunu duyub sezməsi mümkün deyildir. (05.47)
- Qəlb sinənin sol tərəfində yerləşən və şam ağacı qozasına bənzəyən orqanın dublesi, alternativi, mələkut yönü və eyni zamanda, şüur, idrak, ixtisas (hiss etmək, duymaq, sezmək), ağıl və iradə gücünün də mərkəzi olan ruhani bir lətifədir (duyğu). Bu ruhani lətifə cismani ürəklə sıx əlaqəlidir. Tarix boyu filosoflar və İslam ailmləri bu əlaqənin mahiyyəti ilə çox maraqlanmışlar. "Sanavbəri" (şam ağacı qozası şəklində) ət parçası olan zahiri qəlblə (ürəklə) insanın insanlığının rəmzi və bütün duyğularının mənbəyi olan "lətifeyi-rəbbaniyə" arasında bir həqiqətin iki üzünə bənzər münasibətin olması şübhəsizdir. (06.27)
- Qəlb sağlam düşüncə, sağlam təsəvvür və sağlam ruh, hətta sağlam bədən üçün bir qaladır. İnsanın maddi-mənəvi duyğuları bu qalaya sığınır və qorunur. Bu baxımdan, insan üçün bu qədər əhəmiyyət daşıyan qəlbin də karantinə və nəzarətə ehtiyacı vardır. Çünki o yaralanınca müalicəsi və ölüncə də həyata qaytarılması çox çətin bir lətifədir. Quran bizə: "Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə şəkk-şübhə (azğınlıq, əyrilik) salma!" (Ali-İmran, 3/8) duasını öyrədir, Peyğəmbər Əfəndimiz də (s.ə.s.) səhər-axşam əl açıb təkrar-təkrar: "Ey qəlblər əlində olan Allahım! Qəlbimi dinində sabit tutub möhkəmlət!" duasını oxumaqla bu çox əhəmiyyətli qorunma və nəzarəti xatırladır. (08.01)
- Reyn bir şeyin üstünün pasla örtülməsi, hər tərəfi paslanması deməkdir. Cənabi-Haqq: "Xeyr (belə deyildir). Əslində onların qəlblərini qazandıqları (günahlar) qaplamışdır" (Mutaffifin, 83/14) buyurmuş; Allah Rəsulu da: "Hər günah qəlbdə qara xal qoyur, ləkələyir. Əgər bəndə tövbə edib günahdan əl çəkər, əvf diləsə, qəlbi yenə parlayar. Təkrar günaha girsə, o ləkə artar, nəhayə,t qəlbi zəbt edər. Quranda uca Allahın zikr etdiyi "ranə" budur" sözləri ilə bu ilahi bəyanı və onda verilən "ranə" sözünü izah etmişdir. Bəli, paslanan bir qəlbin bütün üfüqləri qaralar; yaxşını pisdən ayırma qabiliyyətini itirər; ağı qara, qaranı da ağ görməyə başlayar ki, onun yenidən özünə gəlməsi, fitri saflığı əldə etməsi çox çətindir. (11.48)
- İradə daim gücləndirilməlidir. Bunun üçün dua və istiğfar çox əhəmiyyətli iki faktordur. Ustad Həzrətləri: "İstiğfar şərrə təmayülün kökünü kəsər, duaya meyil xeyirə qüvvət verər" sözləri ilə bu həqiqəti vurğulayır. (16.17)
- Əgər günah tövbə ilə dərhal təmizlənməsə, Ustadın dediyi kimi: bir günah, bir günah, bir günah... nəticədə "xətm" olar, Allah qorusun, qəlb möhürlənər. Buna görə: "Hər günahdan küfrə gedən bir yol var". Belə bir möhürlənmə və damğalanmanın kəsbi (bir insanın öz qüdrət və iqtidarını bir işə sərf etməsi) insandan, xəlqi də Allahdandır. Bunu insanın qəflətə düşüb pis əməllərə vərdişi nəticəsində deformasiyaya məruz qalmasına da bənzədə bilərik. İman saleh əməl işlənə-işlənə insan təbiətinin dərinliyinə çevrilib dəlil möhürü ilə şərəfləndirildiyi kimi, hər biri küfrün bir qapısı olan günahlar da tövbə, inabə və övbə (tövbənin dərəcələri) ilə aradan qaldırılmadığı təqdirdə, insanın üst- üstə və iç-içə azğınlaşması qaçılmaz olar. Beləliklə, "xətm"də qətiyyən cəbr (zorakılıq) yoxdur; çünki arzu, intixab (seçmə), ixtiyar insana, mükəlləfə belə bir təmayülə xəlq etməklə cavab vermək də, -istəsə verməyə bilər- Cənabi-Haqqa məxsusdur. (18.40)
- Müslimin rəvayət etdiyi bir hədisi-şərifə görə: Amr b. As (r.a.) Peyğəmbər Əfəndimizin hüzuruna gələrək əvf olunma şərti ilə beyət etmək və müsəlman olmaq istədiyini deyəndə Peyğəmbərimiz (s.ə.s.): "Xəbərin yoxmu ki, ey Amr, İslam əvvəlki günahları silir. Hicrət əvvəlki günahları silir. Həcc əvvəlki günahları silir" buyuraraq İslamın müsəlman olduqdan sonra əvvəlki hər şeyi silib təmizlədiyini müjdələyir. Demək ki, o dövrdə nə qədər əyrilik, xəta, nöqsan varsa, müsəlmanlıq onları təmir etmişdir. Onsuz da, İslam insanlardakı nöqsanları, xətaları, yalnışları düzəltmək üçün gəlmişdir. Yıxılıb yolda qalanları ayağa qaldırıb hədəfə yönəltmək üçün gəlmişdir. Elə isə insanlar müsəlmanlığa girdikdən sonra cahiliyyə dövründə bellərinə yüklədikləri günahlarla qalmazlar. Allah onlara mərhəmət edərək o ağır yükdən qurtarar. Hicrət, həcc və nümunəvi bir toplum içində olmaq da günahları təmizləyər, vicdana həyat bəxş edər və insanı formalaşdırar. (24.20)
- Möhtərəm Xocamızın Müzəffər Aslanla tanış olması.. Həzrəti Ustadın salamı.. daha çox kiçik yaşlarında Peyğəmbər Əfəndimizi yuxuda görmək üçün etdiyi dualar.. yetişdiyi təmiz mühit.. mərhum atasından qalan Səhabə sevgisi.. və "Bu dövrdə də səhabə kimi insanlar varmış!.." dediyi xalis insanlar... (31.25)
- tarixində yaradılmışdır.