Kirli planlar

Sual: "Taraf" qəzetində "AKP və Güləni Bitirmə Planı" sərlövhəli bir xəbərdə millətə və hökümətə qarşı qurulan dəhşətli planların sənədi dərc edildi. Genelkurmay Harekat Başkanlığı tərəfindən hazırlandığı iddia olunan çirkin plan və günahsız insanlara böhtan atılma haqqında nə düşünürsünüz?

  • Müəyyən təbəqələr tərəfindən "bitirmək" üçün açıq və ya gizli indiyə qədər bəlkə otuza yaxın plan quruldu. Əslində bunların hamısı "yox"u bitirmə planı idi. Ölkəmizin mənafeyinə və millətimizin gələcəyinə zidd nə var ki, ona qarşı "bitirmə" planı qurulsun!.. (02.10)
  • Həqiqi yolu tapmış bir insanı buna bənzər intrigalar geri döndürə bilməz. Həzrəti Nuhdan Həzrəti Salehə, Həzrəti Musadan Həzrəti İsaya qədər bütün Allahın elçiləri və Haqq dostları ağlasığmaz əziyyət və işgəncələrə məruz qalmışlar. Lakin onlardan heç biri bu əzab-əziyyətə görə yolundan dönməmiş və vəzifədən qaçmamışlar. (03.56)
  • Törədilən haqsızlıqları hər hansı bir müəssisəyə, quruma bağlamaq doğru deyil. Millətin göz nuru olan bir müəssisənin etibarını sarsan hər şey bizi də sarsar.(06.14)
  • "F tipi" kimi uydurmaları kim səsləndirir səsləndirsin – üslubuma zidd olsa da - buna bənzər sözlərə "laqqırtı" deyirəm.Çünki bu məsələnin mənimlə əlaqəsi yoxdur. Bu millət necə ki bir vaxtlar qurtuluş müharibəsində səfərbərlik elan edibsə, bu gün də yoxsulluq, cahillik və iftiraq kimi düşmənlərə qarşı eyni mübarizəni aparır. Millətin fərdlərini eyni müstəvidə toplayan əsas amil görülən işlərin məntiqə uyğun olmasıdır. (07.22)
  • Ümumi bir camaatın, bütöv bir heyətin və tamamilə bir millətin səyinə bağlı olan bir nəticəni sadəcə bir şəxsə vermək millətin haqqını yemək deməkdir. Bu Allaha qarşı da şirkdir. Belə bir şirkə girməkdən də Allaha sığınıram. (10.05)
  • Bəzi insanların səhvləri ucbatından bir müəssisəni tamamilə ittiham etmək doğru deyil. O İstanbul qalalarının dibindəki ordu.. o ordu Çanaqqalada düşmənlə əlbəyaxa döyüşən ordu.. o ordu sərhədlərimizi qoruyan ordu.. o ordu milli mübarizəni aparan ordu.. və o ordu ki gələcəkdə də çox böyük vəzifələr görəcək kimidir. Kim bilir bəlkə düşüncələri kirli bəzi şəxslər etdikləri bəd əməlləri bu müəssisəsinin adı ilə edərək ordumuzu qaralamağa və xalqın gözündən salmağa çalışırlar. Mən bu məsələyə belə baxıram və çox arzu edirəm ki, işin əsli də belə olsun. (11.50)
  • Allaha bir can borcum var, hər hansı bir mənzildən dünyadan üqbaya atılmağıma əsla üzülmərəm, bir güllə ilə yox edilmək mənə əbədi həyatı qazandırar!.. Sadəcə bir şeyə üzülürəm; inanan bir insana pislik edənlər axirətlərini məhv edirlər. (15.47)
  • Abdullah bin Zübeyr bin Avvam Həccac tərəfindən şəhid ediləndə Əsmə anamız Həccacın yaxasından tutub: "Sən onun dünyasını məhv etdin, ancaq o da sənin axirətini məhv etdi" - deyir. Mən də bu möminlərə zülm verərək axirətini bərbad edənlərə üzülürəm. (16.23)

Sual: Dərc olunan bu qalmaqallı sənəddə "İşıq Evləri" basqınlarında silah-sursat və s. nin tapılmasını "təmin edərək" Könüllülər Hərəkatına "Silahlı Terror Təşkilatı" damğasını vurma və eyni axtarışlarda bəzi xarici təşkilatlara məxsus sənədləri ortaya çıxararaq güya gizli əlaqələrin üstünü açma kimi intrigalı planların da olduğunu müşahidə edirik. Bu mövzudakı düşüncələrinizi paylaşa bilərsinizmi?

  • Könüllülər Hərəkatının nümayəndələrinin – silah bir yana – özləri ilə iynə də gəzdirməməyə çalışdıqlarını o böhtanları atanlar da bilir. Onlar da bilirlər ki, özlərini sevgiyə həsr etmiş bu insanlar qarışqanı belə tapdalamazlar. (18.04)
  • Bəzi evlərə sevdiyiniz insanların kitablarını yerləşdirib bəzi insanların şəkillərini asaraq sizinlə əlaqəli imiş kimi göstərib, sonra da qondarma basqınlarla o evlərdə silah və uyuşdurucu kimi şeylərin var olduğunu iddia edə bilərlər. Belə ki, bəzi şər güclər buna bənzər planları əvvəllər də həyata keçirdi, lakin insaflı polis və əmniyyət təşkilatı tərəfindən bunlar aşkar edildi. İnanan insanlar bundan sonra da buna bənzər intrigalarla üzləşə biləcəyini nəzərə almalı və təmkinli olmalıdırlar. (22.43)
  • Neçə illər əvvəl üç-beş nəfər tələbə qaldıqları tələbə yataqxanasından atılınca özlərinə bir ev tutmuşdular. O imanlı gənclərin o pak evlərinə bir ayənin işarəti ilə "işıq ev" demişdim. Lakin bəziləri o sözü də səhv yozdular. O pis niyyətli insanların iddia etdiyi mənada "işıq ev"dən söz açmaq qətiyyən doğru deyil. (26.05)
  • Fədakar insanları bəzi təşkilatlar ya da bəzi ölkələrlə əlaqələndirməyə çalışanlar da Könüllülər Hərəkatının bu millətə məxsus və müstəqil olduğunu çox yaxşı bilirlər, lakin böhtan və ləkə atmağı hədəfə aparan vasitə sayırlar. (32.09)
  • İyun tufanında medyada yer alan kasetlərin hamısı montajlanmışdı. Məsələn, onlardan birində "Xalq Partiyası kafirdir deyə bilməzsiniz!.." dediyim halda bu cümlənin "deyə bilməzsiniz" hissəsi kəsilmiş və yerdə qalanı televizya kanallarında təkrar-təkrar göstərilmişdi.
  • Bir millətin fərdi öz xalqı üçün var olan müəssisələrə sızmaz; bu onun haqqıdır, girər ora; ədliyəyə də girər, mülkiyəyə də, əmniyyətə də girər xariciyəyə də. Yaddan çıxarılmamalıdır ki, təşkilatlanma, sızma, çoxalma kimi iddiaları ortaya atanlar və bunlarla öz işinə sadiq olan insanları ləkələməyə çalışanlar demək olar ki, hər dövrdə bu böhtanların arxasında gizlənərək öz fəlsəfəsi adına müəyyən yerlərə sızmış, təşkilatlanmış və çoxalmışdır. (37.15)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.