Universitet imtahanı, seçimlər və müəllimlik
Sual: Ölkəmizdə uşaqlar və gənc nəsillər yalnız lisey, ya da universitetə giriş imtahanlarına kilidlənir və ən böyük hədəf kimi bu imtahanlarla boğuşaboğuşa yetişirlər. Bir neçə il bu xəyalla yaşayan gənclər, məsələn, universitetə qəbul olunmayanda da mənəvi sarsıntı keçirirlər. Uşaqlara və gənclərə gələcəklə bağlı hədəf verilərkən nələrə diqqət yetirilməlidir?
- Şagirdlər çox vaxt anaata tərəfindən (başqa hər şey bir kənara qoyularaq) tamamən imtahanlara yönəldilir. Məktəblərdə də yalnız bu məsələ üstündə durulur. Ancaq şagird mənən inşirah verən qayəyə və yüksək bir məfkurəyə istiqamətləndirilmir. (01:27)
- Eqoizmin girdabında boğulmaq istəmirsinizsə, ali qayələrə dilbəstə olmalısınız.. Büdrəyib yıxılmamaq üçün gözünüzü daim yüksək məfkurələrə dikməlisiniz. Həyatınızı ali ideallara həsr etməli və bu işə bütün varlığınızı qoymalısınız. (03:24)
- Şagirdi doğru və ülvi hədəflərə yönləndirməkdə, – öz dairəmiz və imkanlarımız nisbətində də olsa – ciddi mənada cəhd göstəməli və nailiyyətlərimizi az görməməliyik. Lakin bilməliyik ki, əsl müvəffəqiyyət bu problemin millət səviyyəsində həllindən və bu qayənin millət olaraq mənimsənilməsindən asılıdır. Bunun çarəsi də gənc nəsilləri ailədən küçəyə, məsciddən məktəbə qədər ictimai həyatın hər sahəsində sevgi ilə qucaqlamaq və sözügedən qayənin atmosferindən ayrı qoymamaqdır. Bunu gerçəkləşdirmək üçün kamil pedaqoq və psixoloqların rəhbərliyi də çox vacibdir. (07:32)
- Şagirdlərin universitetə qəbul imtahanlarına yaxşı hazırlanması üçün lazım olan hər şey edilməli, ancaq qəbul olunmayanda da “hər şey qurtardı” kimi davranılmamalı, onlara daha ali üfüqlər və başqa alternativ yollar göstərilməlidir. (08:39)
- Əfsuslar olsun ki, hazırkı imtahan sistemi qumarı xatırladır. İnsanlar ancaq müəyyən sahələrdə yetişdirilsə, universitetə qəbul olunur. Əslində belə olmamalıdır. Gənclərdə bilavasitə biliyə qarşı maraq oyadılmlalı, onların ruhu biliklə iqamə edilməli və onlara elm eşqi aşılanmalıdır. (09:25)
- İmtahanlardan sonra nəticə nə olurolsun işin, (bir mənada) şagirdləri rahatladacaq, inşirah verəcək cəhətləri üstündə durmaq və elə üslubda istifadə etmək lazımdır ki, onlarda bir qisim psixozların meydana gəlməsinə imkan verməsin. Yalnız bir hədəfə bağlanmaq həm valideynlərin və mürəbbilərin iztirab çəkməsinə səbəb olar, həm də uşaqlarda gətirib stresə və ruhi xəsarət çıxarar.. hətta, Allah qorusun, insanı intihara belə sürükləyə bilər. (10:45)
Sual: Bir vaxtlar qəbullarda ən müqəddəs peşə sayılan müəllimliyə daha çox üstünlük verilirdi. Son dövrlərdə gənclər daha çox gələcəyi və gəliri çox olan peşələri seçirlər. Xüsusilə, bölüm seçimləri baxımından müəllimlik peşəsi haqqında nə düşünürsünüz? (12:10)
- Müəllimlik çox əhəmiyyətli peşədir. Demək olar ki, Allaha ən yaxın insanlar müəllimlərdir. Həkimlərin insanların yaralarını sarması kimi, müəllimlərin də cəmiyyətin yaralarını sarıyırlar. Ancaq müəllim bir tələbəyə qayğı göstərməklə bir xanəyə, bir ailəyə, hətta o ailə ilə azçox münasibəti olan bütün qohuməqrəbaya qayğı göstərmiş, sahib çıxmış olur. Dolayısilə, məktəbdə bir şagirdlə qurulan münasibət ən azı on insanla qurulan münasibət deməkdir. Münasibət qurulan şagirdlər bəlkə də, hüquqi cəhətdən (yaş çatmasına görə) şahid ola bilməzlər, ancaq insan psixologiyası baxımından uşaqlardan daha güclü şahid yoxdur. Bu baxımdan müəllimin təsir sahəsi çox genişdir. (12:30)
- Hədisişərif "Ən xeyirli insan xeyiri öyrənən və onu başqalarına öyrədəndir" buyurur. Nəticə etibarilə hər şey elmə bağlıdır, elm isə müəllimin sərmayəsidir.. (13:57)
- Müəllim, öyrədən ha öyrədən, öyrədən ha öyrədən, öyrədən ha öyrədən deməkdir ki, buna görə də müəllim sürəkli təlimlə məşğul olan bir qəhrəmandır. İnsanı həqiqi insanlığa yönləndirən, bütün potensial cövhərləri hərəkətə gətirən, onları dəyərləndirən, sərraftək işləyən, onun ruh abidəsini ucaldan bir heykəltəraş, bir sənətkardır. Müəllim insanı yenidən inşa edir. (14:36)
- Bir millətə xidmət edən insanlar arasında həqiqi müəllimin mislibərabəri yoxdur. Milləti inşa edən odur, ailəni inşa edən odur, cəmiyyəti inşa edən odur; bu günü inşa edəcək və gələcəyə möhrünü vuracaq da yenə odur. Tarixə həkk olunmuş şanlı sultanlarımız belə böyük müəllimlərin dizi dibində yetişmiş nadir simalardır. (16:22)
- Xidmətə könül vermiş və yüksək bir qayeyə bağlanmış insanların müvəqqəti və fani dünya malı üçün müəllimlik kimi müqəddəs bir vəzifəni qoyub başqa yollara tamah salacağını ehtimal etmirəm. (18:11)
- Bəzi yoldaşlarımız dünyaya meyil göstərdilər, ancaq çox nadirdir. Dünya öz cazibədar gözəlliyi ilə insanların ağlını başından aldığı, baxışlarını bulandırdığı belə bir dövrdə məncə bu qədər hədər, bu qədər ziyan normal qarşılanmalıdır. (21:09)
- İstər dualarınızda, istər münasibətlərinizdə dairəni geniş götürməlisiniz. Hətta yaxşı günlərinizdə tərəddüdlü davranan, bir gözü ilə sizə baxan, bir gözü ilə də təhlükələri süzən; təhlükə olmayanda yaxınlaşan, əks halda dərhal uzaqlaşan insanlara belə yaxınlıq göstərməli və onlara da qucaq açmalısınız. Belə insanları bir mənada dairənin xarici hasarları qəbul etməklə yanaşı, qəlbinizdə onlara da bir yer ayırmalısınız. (23:35)
- Bəli, heç bir peşə cəmiyyətimizə müəllimlik qədər faydalı deyildir. Lakin bu həqiqət “məzun olan hər kəs hökmən müəllimliyə istiqamətləndirilməlidir” demək deyildir. Bir tərəfdən müəllimlik müəyyən qədər təşviq edilməli, digər tərəfdən də ictimai həyatın digər sahələrində boşluq yaranmasına qətiyyən imkan verilməməlidir. (24:43)
- Bir daha ifadə edirəm ki, müəllimlik çox əhəmiyyətli bir peşə, bir vəzifədir. Bu davamlı vurğulanmalıdır. Xidmət ərənləri üç beş günlük dünya üçün başqa yollara baş vurmamalıdırlar. Bu mövzuda ciddi mənada təşviq, rəğbət oyandırılmalıdır və bu mütəmadi olmalıdır. Bu zaman həyatın digər səhələrinə də qətiyyən laqeyd yanaşılmamalıdır. (28:00)
- Bizim dövrümüzdə "xadəmeyixeyrat" adlanan bir imam orta məktəb məzununun maaşnın yarısı qədər maaş alırdı. Ancaq mədrəsələr yenə də dolubdaşırdı. Tələbələrin yeganə dərdi elm öyrənmək və irşada vəsilə olmaq idi. Onlar öyrənmə eşqi ilə elm oxuyurdular; diploma, ad və dərəcə onlar üçün əhəmiyyətli deyildi. (29:20)
- Könüllərdə təkrar elm eşqi, öyrənmə marağı, araşdırma iştiyaqı və millətə xidmət ehtirası oyandırılmalıdır; bu eşq, bu maraq, bu iştiyaq və bu ehtirasla bəşəriyyətə xidmət etməkdən müqəddəs iş yoxdur. (30:26)
- tarixində yaradılmışdır.