Qüdsi məkanlar, müqəddəs zamanlar və mübarək hallar
Fəthullah Gülən tərəfindən yazılmışdır. Bəm teli göndərildi
Qüdsi məkanlar, müqəddəs zamanlar və mübarək hallar
Saleh əməl öz-özlüyündə qiymətlidir, lakin bəzən məkan, zaman və hal “zərfləri”nə qoyulanda dəyəri birə min artır. Kabə, Ərəfat, Müzdəlifə kimi məkanlarda və Həcc vaxtı, Ərəfə günü, Qədir gecəsi kimi zaman dilimlərində edilən ibadətlərə min qat artıq savab yazılır.
Məzrufun (zərfin içinə qoyulan şey mənasında) qiymətini artıran zərflərdən biri də “hal”dır. İbadətə köklənib qürbət hissinin qabardığı bir anda gözlərdən tökülən yaşlarla duyğularını ərz edən bir möminin o halı etdiyi duaların qiymətini qat-qat artırır və arzu-diləyin qəbul edilməsinə vəsilə olur.
Əbu Eyyub əl-Ənsari həzrətlərinin dəfn olunduğu məkanı və buna bənzər məscidləri ziyarət etməyin meyarları nədir?
Mina, Ərəfat və Müzdəlifənin əsas xüsusiyyətləri nələrdir?
Ərəfat və Müzdəlifə vəqfəsində “qul haqqı” da bağışlanırmı? Burada necə bir qürbətə (Allaha yaxınlıq mənasında) nail olunur?
Müqəddəs məkan və zamanlarda mömin necə hərəkət etməlidir? Daxili xəşyətin zahirə əks etməsi hansı surətdə baş verir?
Ərəfat günü və Qədir gecəsi bəxş olunan ilahi təcəllilərin xüsusiyyətləri nələrdir?
“Əşrəf saat” və “əşrəf zaman” nə deməkdir?
Qürbət və məiyyət abı-havasında keçən saniyələrin, hətta anların bərəkəti dolayı yolla Haqq dostlarına və mənəvi dərəcələrinə görə möminlərə də nəsib olur. Belə ki, İmam Rəbbani həzrətləri kimi bəzi əhli-həqiqət demiş ki: “Bir ani-səyyalə vücudi-münəvvər milyon il vücudi-əbtərə mürəccəhdir.” Məsələn, Allaha imanla keçən bir an Ondan qafil halda milyon il yaşamaqdan daha üstündür. Bəli, bir ani-səyyalədə elə bir mənəvi hal əldə edərsiniz ki, bütün qəlbinizlə “Allahım, bir saniyəlik məiyyətin üçün min dəfə ölməyə razıyam!..” deməkdən özünüzü saxlaya bilməzsiniz. Allah o kiçicik çəyirdəkdən – o bir anlıq mənəvi haldan əzəmətli bir şəcəreyi-Tuba (Cənnətdəki Tuba ağacı) yaradar. O biri tərəfə gedəndə o kiçicik düşüncənin Cənnətinizin çəyirdəyinə döndüyünü görərsiniz. İman nuru ilə işıqlanan o bir anlıq zaman kəsiyində zehninizi “zəbt edən” o nurani düşüncənin axirətdə Camala, Rizvana vəsilə olmasına şahidlik edərsiniz.
Böyüklər “təhiyyat”da “Əssəlamu aleykə əyyuhənnəbiyyu və rahmətullahi və bərakətuhu” deyərək Cənabi-Allahın Rəsuli-Əkrəm Peyğəmbərimizə verdiyi salamı yad edərkən hansı əhval-ruhiyyədə olurlar?
Ərəfat, Müzdəlifə və Minada həcc ibadətini yerinə yetirənlərin üstünə yağan ilahi təcəllilərdən dünyanın başqa yerlərindəki möminlər neçə faydalanırlar?
Həccə gedə bilməyənlərin Ərəfat vəqfəsi əsnasında öz vətənlərində bir təpəyə çıxıb dua oxuması doğrudur?
Ərəfə gününü necə səmərəli keçirməli və o gün hansı dualar oxunmalıdır?
Adanmış ruhların duaları necə olmalıdır?
Həzrəti Əbu Hüreyrənin (radiyallahu anh) nəql etdiyi bir hədisdə Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) buyurur: “Özün üçün xoşlayıb istədiyin şeyləri başqa insanlar üçün də istə ki, kamil müsəlman olasan!” (Tirmizi, 4\551)
Qeyri-müsəlmanlara necə dua edilməlidir?
İztirar əhval-ruhiyyəsi duaya necə təsir edir?
Müztərin niyazından başqa, bir də müztəribin duasından söhbət açdınız, bunu izah edə bilərsinizmi?
Düzdür ki, Bədiüzzaman həzrətləri Ərəfə günü min dəfə “İxlas” surəsi oxuyub?
Bu mübarək günlərdə “İxlas” surəsindən başqa hansı duaları oxumağı məsləhət görərdiniz?
Möhyəddin ibn Ərabi həzrətləri “İxlas” surəsini necə oxuyarmış?
Duada “mənəvi ortaqlıq” varmı? Üxrəvi əməllərin savabı neçə bölüşdürülür?