Yolumuzdan dönməyəcəyik...

Yolumuzdan dönməyəcəyik...

Fəthullah Gülən Xocaəfəndinin müəllifi olduğu “Qırıq testi” (Kırık Testi) kitab silsiləsinin son cildi “Məfkurə yolçuluğu” (Mefkûre Yolculuğu) satışa verilib. Kitabda müəllif hər fürsətdə sözü söhbəti-canana gətirir. O, Allahla irtibatını zəyiflədən insanın mənfəət, mənəm-mənəmlik, ətalət, nifrət, qəflət kimi amansız “xəstəliklərə” tutulmasını qaçılmaz olduğunu söyləyir.

Fəthullah Gülən Xocaəfəninin söhbətlərindən və suallara verdiyi cavablardan meydana gələn “Qırıq testi” (Kırık Testi) kitab silsiləsinin XIII cildi çapdan çıxıb.

“Məfkurə yolçuluğu” (Mefkûre Yolculuğu) (Nil yayınları) “Qırıq testi” silsiləsinin digər cildləri kimi daha çox insanın mənəvi kamillik səfərində qarşısına çıxan uçurumları və təhlükələri diqqətə çatdırır. İdealdan, Xocaəfəndinin sözü ilə desək, məfkurədən məhrum insanları mənən solduran və ətalətə sövq edən səbəblərdən çəkindirir.

“Yolumuzdan dönməyəcəyik... Kimsəni qaralamadan, kimsəni ləkələmədən; daha çox düşüncələrimizi aksiyona (fəaliyyət) görə planlayaraq, aksiyonlarımızı da canla-başla həyata keçirərək... Qansız-qadasız, kinsiz-nifrətsiz “yolçular”ın da olduğunu göstərmək üçün yollara da, yollardaki manelərə də məhəl qoymadan yola davam edəcəyik...” (Kitabda bir paraqraf)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2022 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.