Svazilend kraliçasından Türk məktəblərinə dəstək

Svazilend kraliçasından Türk məktəblərinə dəstək

Svazilend (Afrika) Kraliçası Entomi Tiveyla (Ntombi Tfwala) türkiyəli təhsil könüllüləri və iş adamlarından ibarət bir heyəti sarayından qəbul edib. Afrikanın son mütləq monraxiyası olan Svazilend krallığında III Msvati ilə taxtda oturan kraliça Entomi Türk məktəblərinə dəstək vercəyini vəd edib.

Səksək iki il taxta oturan Kral II Sobhuzanın hıyat yoldaşı Entobi Tiveylanın dəvəti ilə baş tutan görüşdə krallığın sabiq Xarici İşlər Naziri Lutfo Dlamini də iştirak edib. Kraliça Entobi görüşdə Bosforus Təhsil Şirkətinin direktoru Yavuz Aydınla uzun və səmimi söybət edib.

“Xalqım uğurlu təhsil fəaliyyətindən istifadə edəcək”

Görüşdən sonra Cihan xəbər agentliyinə müsahibə verən Kraliça Entobi: “Qonşu ölkələrdə uzun müddət təhsil fəaliyyətləri ilə məşğul olmağınız və eyni məqsədlə ölkəmizə baş çəkməyiniz məni çox məmnun etdi. Fəaliyyətlərinizə bizim də ehtiyacımız var. Onlardan ən əsası da təhsildir. Bütün dünyada olduğu kimi, təhsil bizim də ümdə məsələmizdir. Açılan məktəblərin uğurları bizi çox şad edir. Əgər bizim ölkəzmizdə də bu məktəbləri açsanız, xalqımızın bundan çox fayda görəcəyini düşünürəm”, - deyib.

Yavuz Aydının svazilendli üç tələbənin Türkiyə ali məktəblərində təqaüdlü təhsil alma təklifinə Kraliça Entobi çox şad olub. Kraliça: “Bu üç tələbəni özüm seçib ölkənizə göndərəcəyəm”, - deyib.

Heyətin qida və digər humanitar yardımlarına isə Kraliça Entobi: “Ölkəmdə QİÇS xəstəliyinin yetim qoyduğu bir çox kimsəsiz uşaqlar var. Bu yardımınız onlara da çatdırılacaq. Qonşu ölkələrdəki fəaliyyətlərinizi diqqətlə araşdıracağam və ölkəmdə investisiya qoymağınız üçün sizə kömək edəcəyəm”, - deyib.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2021 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.