Yetimlər üçün yağan şəfqət yağmuru

Yetimlər üçün yağan şəfqət yağmuru

Türkiyədə çap olunan “Yağmur” əbədiyyat jurnalında şeirlərini dərc etdirən şairlər afrika yetimlərini sevindirmək üçün “1şeir, 1yetim” adlı lahiyəyə start verib. Lahiyə çərçivəsində şairlərin şeirlərini tanınmış şəxslər səsləndirmiş və ərsəyə “Göylərin titrəyişi (Göklerin titreyişi)” adlı şeir albomu gəlmişdir. Şeir albomundan əldə edilən gəlir “Kimsə yoxmu?” ərnəyi asitəsilə Afrikanın kimsəsiz uşaqlarına inşa edilən internat məktəbinin tikintisinə bağışlanacaq. Lahiyənin həyata keçməsi üçün bir çox yanınmış sima əl-ələ verib.

Lahiyənin kordinatoru Ziya Paşa Akyürək albomun ərsəyə gəlməsindən belə danışır: ““Yağmur” jurnalına şeir göndərən şairlərə bu şeirləri səsləndirib CD çıxarmağı təklif etmişdim. Daha sonra Məsud Baran “şeirləri tanınmış simalar səsləndirsin” fikrini irəliyə sürdü. Nəhayət 13 sənətçi 13 şeiri səsləndirdi. Lahiyədə iştirak etmək üçün kimə təklif elədiksə, məmnuniyyətlə qəbul etdi. CD-nin tirajı 50000 nüsxədir”.

Şeir albomunda Bədirxan Gökçə, Sərdar Tuncər, İqbal Gürpinar, Taha Bora Ögə, Asim Yıldırım, Əmrah Yardımçı, Saniyə Öztürk, Dursun Əli Ərzincanlı, İnanc Ömər Bənlioğlu, Əhməd Bozquş, Rəha Yeprəm, Gökmən, Ümid Mürarə, İbrahim Sadri və Məsud Baran kimi simalar Yavuz Bülənd Bakilər, Bülənd Gündoğan, Yaşar Beçənə, Həsən Çağlayan, Ziya Paşa Akyürək, Kaləndər Yıldız, Əli Osman Dönməz, Mustafa Uçurum, İbrahim Sadri, Sərdəm Coşqun, Hüseyin Say və Əmrah Əkər kimi şairlərin şeirlərini şəsləndirib.

Lahiyəyə dəstək vermək istəyən şəxslər Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanı ilə əlaqə saxlaya bilərlər. Lahiyə haqda əlavə məlumat almaq istəyənlər isə www.facebook.com/1siir1yetim və ya https://twitter.com/1yetim1siir adresinə baş vura bilərlər.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.