Hər valideynin xəlayılıdır övladını bu məktəblərdə oxutmaq

Hər valideynin xəlayılıdır övladını bu məktəblərdə oxutmaq

On beş milyona yaxın nüfuza malik Senaqalda əhalinin 99 faizi müsəlmandır. Atlantik okeanın sahilində yerləşən Afrikanın bu inkişaf etməkdə olan ölkəsi uzun müddət Fransanın müstəmləkəsi olduğu üçün rəsmi dili hələ də fransızcadır. Dünya ilə inteqrasiyada sahil əraziləri və paytaxt Dakar şəhəri mühüm rol oynayır. Afrika ölkələri arasında böyük nüfuza malik bu ölkədə Türkləri daha çox açılan türk məktəbləri ilə tanıyırlar.

Türklərlə tanış olduqdan sonra dünyagörüşünün dəyişdiyini söyləyən “Seneqal media sahibkarları” dərnəyinin sədri Mediambl Dayaqn deyib ki, Türklərin İslamiyyətə layiqincə əməl etməsinə həsəd aparır.

“İnandığımız dəyərlər əfsus ki, dünyada bəzi insanlar tərəfindən layiqincə təmsil edilmir. Ancaq Hizmət hərəkatı tolerantlıq, qardaşlıq, yardımlaşma və gözəl əxlaqla bu işin qeyri-mümkün olmadığını ortaya qoyur.” – deyən Dayaqn Türklərin təqdirəlayiq digər bir xüsusiyyəti də təhsilə verdikləri əhəmiyyət olduğunu söyləyib.

Dayaqn söhbətində: “Başqasına, xüsusilə bizim vəziyyətimizdə olan ölkələrə ən yaxşı yardım təlim və təhsil sahəsində görülən işlərdir. Yaxşı təhsil alan insan, şübhəsiz əməkdən qaçmayacaq, tapşırılan vəzifəni layiqli yerinə yetirəcək və harama əl uzatmayacaq. Bizim ölkədə zənginlərlə yoxsullar arasında uçurumlar meydana gəlib. Orta təbəqənin təşəkkülündə xalqın təlim-təhsil və əxlaqı qənaətbəxş olmalıdır. Əsl idarəçilərin yetişməsi üçün yeni nəslə təhsil verilməlidir. Seneqalda açılan “Yavuz Səlim” təhsil qurumları da məhz bu istiqamətdə fəaliyyət göstərir”, - deyib.

Hizmət hərəkatı ilə tanış olduqdan sonra çalışdığı qəzetin hər bazar ertəsi sayında bir səhifəni sırf Hizmət hərəkatı və Fəthullah Gülən Xocaəfəndiyə ayırdığını qeyd edən Dayaqn: “İnsanlar təəccüblənir, təəccübləndikcə də daha çox oxuyurlar. İnsanlar Könüllülər hərəkatının buradakı nümayəndələrini nümunə götürür. Onlar davranış və əxlaqları ilə Türkiyəni burada çox gözəl təmsil edirlər. Mən inanıram ki ölkələrimiz arasında yeni əlaqələr qurulacaq və bu, hər bir sahəni əhatə edəcək” – sözlərinə yer verib.

Seneqalda “Yavuz Səlim” təhsil qurumlarının doqquz məktəbi fəaliyyət göstərir. Seneqallı jurnalist Dayaqn Türk məktəblərinin qısa müddətdə böyük şöhrət qazandığını açıqlayıb: “Hər bir valideyn arzulayır ki, uşağını bu məktəblərdə oxutusun. Həm təhsilin səviyyəsi, həm də yetişdirdiyi nümunəvi nəsil baxımından örnək müəssisələrdir. Seneqalın digər təhsil qurumları bu məktəblərdən nümunə götürməlidir. Ümid edirik tezliklə bir Universit də açarlar”.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2022 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.