Uqanda Türk məktəbinin açılışını Prezident həyata keçirəcək

Uqanda Türk məktəbinin açılışını Prezident həyata keçirəcək

Qaraman Ərmənək Sənayeçi və İş Adamları Dərnəyinin sədri Əli Qaraçayır (ERİSAD) Orta Afrika ölkəsi Uqandaya üç günlük səfər edib. Əli Qaraçayır səfər çərçivəsində Uqandada uğurla fəaliyyət göstərən Türk məktəblərini də ziyarət etdiklərini bildirib. Ölkədə 17 il əvvəl ibtidai məktəbin açıldığını, bundan əlavə daha dörd məktəbin fəaliyyət göstərdiyini, avqust ayında istifadəyə veriləcək yeni bir məktəb binasının da inşaat işlərinin davam etdiyini dilə gətirən Qaraçayır “Kimsə yoxmu” dərnəyi tərəfindən ərsəyə gətirilən və iyun ayında açılacaq xəstəxananın da inşaatı ilə maraqalandıqlarını qeyd edib.

Dünyanın 160 ölkəsində görülən fəaliyyətlərin fədakar Anadolu insanının köməyi ilə davam etdiyinə diqqət çəkən Qaraçayır Hərəkatın əleyhinə aparılan təbliğatlara, qaralamalara ən yaxşı cavabın bu ölkələrin rəsmiləri, dövlət adamları və bu məktəblərdə dərs görən şagirdlərin valideynləri tərəfindən söylənən yüksək fikirlər olduğunu söyləyib. Tikintisi davam edən yeni məktəb binasının açılışını Uqandanın prezidenti Yoveri Musəvinin həyata keçirəcəyini deyən Qaraçayır bunun ölkə xaricində aparılan bütün fəaliyyətlərin hər sahədə təqdirlə qarşılandığı və dəstək verildiyi mənasına gəldiyini söyləyib.

ERİSAD idarə heyətinin üzvü Mustafa Yenievli verdiyi açıqlamada Qərb ölkələrinin Uqandaya 130 il əvvəl, Türklərin isə 17 il əvvəl gəldiyini qeyd edərək deyib ki: “Burada həyata keçirilən işləri görəndə ümidlərimiz və sevincimiz çoxalır. Yeni açılacaq xəstəxana və məktəb binasında görülən işlər də əhval-ruhiyyəmizi qaldırdı”, – deyib.

Mustafa bəy Uqandanın maraqlı tarixi və turizm yerlərinin olduğunu, Türkiyəyə gedəndə Ərmənəkdəki yaxınlarına ölkədə məşhur olan çay, kofe və ananas apardığını deyib.

 

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2022 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.