Karzai və Şərif Türk məktəblərini tərifləyib
Prezident Abdullah Gül, Afqanistan Prezidenti Həmid Karzai və Pakistanın Baş Naziri Navaz Şərifin iştirakı ilə mətbuat konfransı keçirilib. Konfransda Karzai və Şərif ölkələrində fəaliyyət göstərən Türk məktəblərinin əhəmiyyətindən də danışıblar.
Karzai: Türk QHT-ləri Afqanistana böyük köməkdir. Bu fəaliyyətlər iki ölkə arasındakı ənənəvi dostlu əlaqələrinin göstəricisidir. Türq-Əfqan məktəbləri bir Türk QHT tərəfindən idarə olunur. Və Əfqan şagirdlərinə yüksək səviyyəli təhsil verir. Biz bundan çox şadıq. Təşəkkürlərimizi təqdim edirik.
Şərif: Pakistanda açılan Türk məktəbləri mükəmməl təhsil verirlər, xalqa xidmət edirlər. Bir çox pakistanlı şagird bu məktəblərdən faydalanmaqdadır. Bu məktəblər yüksək təhsil sisteminə malikdir. Şəxsən özüm də bir məktəbi – Lahordaki məktəbi zayarət etmişəm. Bu məktəblərin verdiyi təhsil Pakistan-Türkiyə arasında dostluq bağlarını möhkəmləndirir.
- tarixində yaradılmışdır.