Türk məktəblərinə Cənubi Afrika Respublikasından dəstək: “Biz qardaşıq, arxanızda dayanmışam!”
AKP hökümətinin bağlamaq istədiyi ölkə xaricindəki Türk məktəblərinə Kenya Prezidentinin bügünkü açıqlamasından sonra növbəti bir dəstəyi də Cənubi Afrikar Respublikasının Prezidenti Zuma verib. Prezident Ceykab Zuma (Jacob Z.) ölkəsində fəaliyyət göstərən Beynəlxalq Star Kollecləri İdarə Hetəini rəsmi iqamətgahında qəbul edib. Türk heyətinə vaxt ayıran Zuma Türk məktəblərinə dəstək verərək deyib: “Fəaliyyətlərinizə davam edin, ölkəmizdə istədiyiniz qədər qala bilərsiniz, arxanızda dayanmışam!”
Nizamiyyə Külliyyəsinin banisi iş adamı Əli Qatırçıoğlu və vəqfin idarə heyəti ilə Cənab Zumanı ziyarət edən Üfüq Təhsil Vəqfinin Sədri Süleyman Daşdəmir görüş haqqında təəssüratlarını bölüşüb: “Məktəblərin uğurlarını və fəaliyyətlərimizi tanıtmaq üçün Cənab Zumadan görüş tələb etdik. Təklifimizə etiraz etmədi. 8 şöbəsindən ibarət olan yeni adı ilə Star Məktəbləri 3000 şagirdə təhsil verir. Bu məktəblər 15 ildir Cənubi Afrika Respublikasında fəaliyyət göstərir. Bu ilki universitetə giriş sınaqlarında şagirdimiz 13A alaraq ölkə tarixinə keçib. İş adamları dərnəyimizin fəaliyyətlərini və humanitar yardımlarımızı da Cənab maya tanıtdıq.”
- tarixində yaradılmışdır.