Məktəblər bağlanarsa, Türkiyə çox şey itirəcək
Türkiyə Prezidenti Abdullah Gülün: “Xaricdə fəaliyyət göstərən bəzi məktəblərin açılışında iştirak etdim. Çox gözəl fəaliyyətləri var. Türkiyədən kənarda fəaliyyət göstərən məktəblərə sahib çıxmaq və onları ölkə daxilindəki işlərə qarışdırmamaq lazımdır”,-deməsinə baxmayaraq, dünyanın 160 ölkəsində fəaliyyət göstərən və Türkiyənin qüruru olan məktəblərin bağladılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.
Bu müstəvidə də Baş nazir Rəcəb Tayyib Ərdoğanın “Könüllülər hərəkatı”nı hədəfə alan açıqlamaları və bununla bağlı atılan addımlar Türkiyə daxilində güclü etirazlarla müşayiət olunmaqdadır. Belə ki, Türkiyənin tanınmış ictimai xadimləri, mədəniyyət, incəsənət, siyasət, mətbuat və iş adamları ölkə xaricində fəaliyyət göstərən türk məktəblərinin bağladılmasından ən çox Türkiyənin dövlət maraqlarının zərər çəkəcəyi və bunun ölkənin beynəlxalq imicinə böyük zərbə vuracağını qeyd edirlər. Qeyd edək ki, AK Partiyadan olan Türkiyənin ilk xarici işlər naziri Yaşar Yakış: “Bir çox ölkələrin yüksək səviyyəli dövlət rəsmiləri uşaqlarının bu məktəblərdə oxumalarına yardım göstərməyim üçün xahiş edirdilər”,-deyib.
Məşhur sənətçi Orxan Gəncəbay da xaricdə fəaliyyət göstərən türk məktəblərində Türkiyəyə böyük sevgi və məhəbbət gördüyünü söylədi. Milli Hərəkat Partiyası rəsmisi Yusuf Hallacoğlu da Türkiyəni idarə edənlərin belə bir yanlış yola baş vurmamalarının vacibliyini vurğulayıb. Keçmiş mədəniyyət naziri Ərtuğrul Günay da: “Bu məktəblərin bağladılmasından dilimiz, mədəniyyətimiz və ölkəmiz zərər görəcək”,-deyib. Barış və Demokratiya Partiyasından (BDP) olan millət vəkili Altan Tan isə deyib ki, xaricdəki türk məktəbləri Xarici İşlər Nazirliyindən 10 dəfə çox olan bir missiyanı həyata keçirir.
“Hürriyyət” qəzeti yazarı Taha Akyol: “Xaricdə Fəthullah Gülən camaatı tərəfindən açılan məktəblərlə bağlı çox yazı yazdım, 20 belə məktəbdə oldum. Onların işini yüksək qiymətləndirirəm. Bu məktəblər türk mədəniyyətinin tanıdılması və təbliği, Türkiyə ilə dostluq mərkəzləridir. İqtidarda olanların siyasi çəkişmələr əsasında bu məktəblərin bağladılması istiqamətində atdıqları addımları səhv hesab edirəm”.
“Bu gün” qəzetinin yazarı Nazlı Ilıcak: “Bu məktəbləri bağlatmaq istəyənlər təəssüflər olsun ki, onlara dəstək verənlərdir. Abdullah Gül xarici işlər naziri olarkən xaricdəki səfirlər işimizə göstəriş vermişdilər ki, bu məktəblərin fəaliyyətinə yardım göstərsinlər. 2013-cü ildə türkcə olimpiadanın finalında iştirak edən Ərdoğan da xaricdəki türk məktəblərinin fəaliyyətinə təriflər yağdırmışdı. Bu məktəbləri bağlatmaq istəyənlər öz şəxsi maraqlarını güdürlər. Bundan Türkiyə zərər görəcək. Əgər xarici işlər naziri Əhməd Davudoğlu səfirlərə bu məktəblərin bağladılması barədə göstəriş veribsə, mən bunu qınayıram, bununla da onlar çox ayıb bir iş görürlər”.
Cümhuriyyət Xalq Partiyası (CXP) sədrinin müavini Adnam Kəskin: “Bundan öncə Ərdoğan deyildimi bu məktəbləri tərifləyən, bütün nazirləri ilə türkcə olimpiadaların finalında iştirak edən? İndi nə oldu, nəyə görə o belə edir? İnsanlara qarşı ikili standartlarla yanaşan, yalan söyləyən, onlara qarşı haqsızlıq edən Ərdoğana deyəcək bir sözüm var: “Allah bəlanı versin” demirəm, “Allah onu islah etsin” deyirəm, onu Allaha həvalə edirəm”.
- tarixində yaradılmışdır.