Türk məktəbləri İndoneziyanın ən böyük olimpiadasını keçirir

Türk məktəbləri İndoneziyanın ən böyük olimpiadasını keçirir

İndoneziyada fəaliyyət göstərən Türk məktəblərinin təşkil etdiyi layihə olimpiadasına (ISPO) bu gün start verilib. Bu gün sayca altıncı dəfə keçirilən tədbirə böyük maraq var.

Aylarla hazırlığı gedən ISPO olimpiadasına İndoneziyanın əyalətlərindən 202 layihə təqdim olunub. Layihələr juri tərəfindən qiymətləndirildikdən sonra 160 layihə finalda iştirak etmə haqqı qazanıb. Finala qalan layihələr ölkənin ən nüfuzlu 5 universitetin nümayəndələrindən ibarət juri tərəfindən qiymətləndiriləcək. Seçilən ən yaxşı 25 layihə cümə axşamı mərasimdə mükafatlandırılacaq. Qaliblər ölkəni dünya olimpiadalarında təmsil etmə haqqı qazanacaqlar.

ISPO kordinatoru Ramazan Çingil verdiyi açıqlamada bu tədbirin İndoneziya Təhsil nazirliyi və İndoneziya elmi araşdırma mərkəzi LİPPİ işbirliyi ilə həyata keçirildiyini açıqlayıb.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.