Somali valideynlərinin Türkiyə etimadı

Somali valideynlərinin Türkiyə etimadı

Paytaxt Moqadişuda fəaliyyət göstərən Nil öyrətim işlətmələrinin nəzdindəki Bədir Türk Liseyinin valideynləri Türkiyədə təhsil alan övladlarına görə nigarançılıq çəkmədiklərini və arxayın olduqlarını söyləyiblər.

“Kimsə yoxmu” dərnəyinin dəstəyi ilə övladlarının Türkiyədə təhsil aldıqlarını söyləyən valideynlər bu yaxşılığı heç vaxt unutmayacaqlarını deyiblər. Türk xalqına minnətdar olduqlarını söyləyən valideynlər Türkiyədə təhsil alan şagird sayının artırılmasını istəyiblər.

Oğlu Türkiyə universitetlərinin birində təhsil alan Əli Məhəmməd Abdu kasıb olduqlarına görə övladlarını oxuda bilmədiyini söyləyib: “İşsizəm. Somalini iqtisadi vəziyyəti çox zəifdir. “Kimsə yoxmu” dərnəyi övladımı Türkiyəyə oxumağa göndərdi. Övladım orada etibarlı əllərdədir.”

İki oğlan və bir qız övladının “Kimsə yoxmu” dərnəyinin dəstəyi ilə Türkiyə universitetlərində təhsil aldığını söyləyən 65 yaşlı Əhməd Siyər İyov isə deyib ki: “Övladlarımı 3 il qabaq Türkiyəyə göndərdim. Türk xalqına və “Kimsə yoxmu” dərnəyinə nə qədər təşəkkür etsəm, azdır. Burada qalsaydılar, təhsil ala bilməzdilər. İndi yaxşı təhsil aldıqlarını bilirəm. Məzun olduqdan sonra vətənə qayıdacaq və ölkəmiz üçün faydalı işlər görəcəklər. O, daha etibarlı əllərdədir.”

Valideynlərdən Somali Maliyə nazirliyində çalışan Əhməd Abdi Adəm bildirib ki: “Qardaşım Türkiyədə oxuyur. Burada qalsaydı, oxuya bilməzdi. Uşaqlarımıza əl uzadıb Türkiyəyə aparanlara minnətdaram.”

Övladının Türkiyədə etibarlı əllərdə olduğunu söyləyən Həlimə Məhəmməd Cimalə isə deyib ki: “Uşaqlarım yetimdir. “Kimsə yoxmu” dərnəyi bizə yardım əlini uzatdı. Oğlum Türkiyədə oxuyur. Həsrətini çəksəm də, özü yaxşı olduğuna görə dözürəm. Digər övladlarıma da dəstək istəyirəm.”

2011-ci ildən etibarən “Kimsə yoxmu” dərnəyinin dəstəyi ilə Türkiyədə 495 nəfər somali vətəndaşı təhsil alır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.