Olimpiadaya üzülməyin, digər fürsətləri dəyərləndirin
Fəthullah Gülən Xocaəfəndi herkul.org internet səhifəsində yayınlanan sonuncu söhbətində ona ünvanlanan suallara cavab olaraq, 2020-ci ildə keçiriləcək Olimpiya oyunlarına ev sahibliyi etmək haqqının İstanbula verilməməsi haqda danışdı.
Xocaəfəndi bildirdi ki: “Qısqanırlar. Aralarında bir etilaf qurub Olimpiyada oyunlarına ev sahibliyi hüququnu İstanbula verməməklə 7 il sonrakı layihənin yoluna daş qoyurlar”. Hər istənilən şeyin reallaşmaya biləcəyini, amma bununla bərabər ümidsizliyə düşməməyin lazımlığından bəhs etdi. Olimpiyadalara ev sahibliyi hüququnun verilməməsi ilə itirdiyimiz şeyləri İzmirdə keçiriləcək EXPO sərgisində qazana biləcəyimizi vurğulayaraq: “Allahın izni ilə nəcib millətimizin dəyərlərini bu yolla nümayiş etdirə bilərik”, - dedi. Ölkəmizin və dəyərlərimizin dünyaya tanıdılmasında Türk Dili Olimpiyadalarının missiyasından bəhs edən Xocaəfəndi Olimpiya oyunları ilə əldə edilmək istənilən şeylərdən qat-qat artığını Türk Dili Olimpiyadaları vasitəsilə həyata keçirməyin mümkünlüyündən danışdı. Söhbətin davamında Xocaəfəndi bunları dedi: “Gələn il 170 ölkədən insanlar gələcək, sonra sayacaqlar ki, görəsən, iştirak etməyən başqa ölkə qaldımı?. Mən keçən il saydırdım iştirak etməyən 7-8 ölkə qalmışdı. Onların da ən böyüyünün əhalisi ancaq 10 milyon olar. Allahın izni və inayəti ilə bu elə bir tanıtmaq üsuludur ki, bunun vasitəsilə diqqətləri əyləncəyə deyil, bir məfkurəyə, bir duyğuya, millətimizin nəzakətinə, nəzahətinə və mələkləri belə qısqandıran keyfiyyətinə çəkmək olur”. Xocaəfəndi Argentinada keçirilən səsvermədə bizə bu fürsəti vermədiklərini söyləyərək söhbətini bu sözlərlə bitirdi: “Ümidlərimizin puça çıxmasını Allahın izni ilə başqa yollarla düzəldərik. Nə idarəçilər, nə onlara dəstək olanlar, nə də millətimizin fərdləri baş verənlərə görə qətiyyən sarsılmamalı, Uhud döyüşündə məğlubiyyətin zəfərə çevrilməsi kimi, inanc Kəbəsinə doğru irəliləməli və elə bir yol tutmalıdırlar ki, insanlar dəstə-dəstə oraya axın etsinlər.
- tarixində yaradılmışdır.