NATO-nun yeni Baş Katibi Stoltenberq mükafatlandırılıb
“Dialoq Forum” dərnəyi laureatlara mükafatlarını təqdim edib. Danimarkada Fəthullah Gülən Xocaəfəndinin fikirlərindən ilham alaraq qurulan “Dialoq Forum” dərnəyi hər il olduğu kimi, bu ilə də dialoq mükafatlarını təqdim edib.
Skandinaviyada Vikinq kültürünün mərkəzi kimi tanına Danimarka Xalq Müzeyində (Nationalmuseet) keçirilən mükafatlandırma mərasimində Danimarkanın sənət, siyasət, akademiya və iş dünyasının tanınmış simaları iştirak edib. “Beynəlxalq dialoqa töhfə” kateqoriyasında mükafata layiq görülən NATO-nun yeni Baş Katibi Cens Stoltenberq tədbirə göndərdiyi məktubda “Fəaliyyətlərinizə böyük hörmət bəsləyir və heyran oluram” – deyib.
Mükafatlandırma tədbirində iştirak edən dünyanın ən fəal yüz iş qadınından biri – Stine Bosse ilə yanaşı, Danimarka Parlament Sədri Mogens Lykketoft da Dialoq Forum Dərnəyinin fəaliyyətlərini təqdirlə qarşıladıqlarını vurğulayıblar.
Radikalizmə qarşı dialoq
Baş Katib Cens Stontelberq Norveçin Baş Naziri vəzifəsində çalışdığı dövrdə baş verən terror hadisəsindən sonra başlatdığı dialoq və tolerantlıq fəaliyyətlərinə görə “Beynəlxalq Dialoq Mükafatı”na layiq görülüb. Mükafatlandırma mərasiminə göndərdiyi məktubda mükafata layiq görüldüyünə görə fəxr etdiyini bildirib. Məktubda: “Dialoq Forumun fərdlər, qruplar, dinlər və irqlər arasında apardığı dialoq fəaliyyətlərinə böyük sayğı göstərir, onlara heyran olduğumu bildirirəm” – sözlərinə yer verib. Radikalizmin Avropada və dünyada geniş yayıldığını deyən Stoltenberq bunun qarşısını ancaq dialoqla almaq mümkün olduğunu çatdırıb.
Uzun siyasi həyatında Danimarkadakı dialoq fəaliyyətlərinə verdiyi dəstəyə görə mükafata layiq görülən Danimarka Məclis sədr Moqens Lykketoft isə mükafatı almağın onun üçün böyük şərəf olduğunu, lakin bu şərəfin, əslində, cəmiyyətin müxtəlif təbəqələri arasında dialoqu təsis edən “Dialoq Forum” dərnəyinin layiq olduğunu söyləyib. Lykketofta mükafatı onun yaxın dostu, Danimarkanın keçmiş Xarici İşlər Naziri Uffe Elleman Censen verib.
- tarixində yaradılmışdır.