“Məktəbləri əsla bağlamarıq!”
Afqanistanın Təhsil Nazirinin müavini Şəfiq Samim Türk məktəblərinin əvəzolunmaz olduğunu söyləyib. Afqanistanda hər bir valideynin öz övladını bu məktəblərdə oxutdurmaq istədiyini söyləyən Samim Fəthullah Gülənin fəaliyyətlərinin İslam dünyasına işıqlı gələcək vəd etdiyini vurğulayıb.
Təhsil Nazirinin müavini Samim 30 il ərzində radikal qrupların ölkəyə verdiyi böyük zərəri Türk məktəbləri sayəsində bərpa etməyə çalışdıqlarını söyləyib. Cihan xəbər agentliyinə müsahibə verən Şəfiq Samim: “Türk qardaşlarımız ən çətin vaxtlarda bizimlə birlikdə idilər. Biz həmişə Türk məktəblərinə dəstək verəcəyik”, - deyib.
Afqanistanın vətəndaş müharibəsində çox itkilər verdiyini, xüsusilə də son 30 ildə ölkənin demək olar ki, tamamən dağıldığını söyləyən Şəfiq Samim: “Bu çətin günlərdə Türk qardaşlarımız bizi tək qoymadı. Gəldilər, məktəblər açdılar. Hizmətin birinci məktəbi 20 il əvvəl açılmışdır. Xalqımız məktəblərə böyük rəğbəti var. Allaha şükür, hazırda Afqanistnda 35 Türk məktəbi var. Bu məktəblərin şagirdləri böyük uğurlar qazanır, sınaqlarda birilncilik əldə edirlər”, - deyib.
Məktəblərin uğurlarından bəhs edən Nazir müavini Samim: “Biz İstanbula gəlmədən iki gün əvvəl Qabildə keçirilən bir tədbirdə iştirak etdik. Tədbirdə ali məktəbə qəbul sınağında yüksək yer tutan şagirdlər mükafatlandırıldı. Məsələn, 200 000 şagirdin qatıldığı bu sınaqda Türk məktəbinin bir şagirdi ikinci yer tutub. Hamımız bununla sevinir və fəxr edirik. Təhsil Naziri olaraq biz, Türk məktəblərinə inanırıq, onlarla fəxr edirik”, - deyib.
Hizmət hərəkatından ağızdolusu danışan Nazir Müavini Samim: “Başda Fəthullah Gülən Xocaəfəndi olmaqla – Allah ona uzun ömür versin – həmişə xalqımıza qayğı göstərdilər, köməyini əskik etmədilər. Xocaəfəndi Afqanistanın uşaqlarına öz uşaqları kimi baxır. Bu, bizim üçün böyük bir fəxrdir”, - deyib.
Türk məktəblərinin təhsilindən söz açan Samim: “Bütün dünyada olduğu kimi, radikal qruplar bu ölkəni yerlə-yeksan etdi. Türk məktəbləri açılandan sonra ölkəyə yeni bir ab-hava gəldi, canlanma oldu. Afqan xalqı övladlarını bu məktəblərdə oxutmaq istəyir.”
AKP hökümətinin Türk məktəblərini bağlama istiqamətində atdığı addımlara münasibət bildirən Nazir müavini Samim: “Türkiyə ilə yaxşı əlaqələrimiz var. İndiyədək bu məktəblərin bağlanmasına dair bizə bir şey deyilməyib. Biz, afqan xalqı olaraq bizə nəyin faydalı olub-olmadığını çox yaxşı bilirik. Biz, başqa hökümətlərin öz xalqı ilə üzləşdiyi proeblemlərlə maraqlanmırıq. Ancaq biz, afqan xalqı olaraq ən çətin günlərdə bizə əl uzadan Hizmət hərəkatını təqdir edirik. Bu yaxşılığı heç vaxt unutmarıq. Məktəblərin fəaliyyətinin davam etdirilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik.”
Fəthullah Gülən Xocaəfəni böyük din alimi kimi xarakterizə edən Samim: “Xocaəfəndinin bu fəaliyyətinə və ortaya qoyduğu sistemə bənzər başqa bir sistem görməmişəm. Hərəkatın böyük təcrübəsi var. İnanıram ki, Fəthullah Gülən Xocaəfəndinin açdığı bu yol sayəsində İslam ümməti bu acınacaqlı vəziyyətdən qurtulacaq və gələcəyi işıqlı olacaq.”
- tarixində yaradılmışdır.