“Min Türk məktəbi açılmasını istəyirəm”

Min Türk məktəbi açılmasını istəyirəm

Türkiyə İş Adamları və Sənayeçilər Konfederasiyası (TUSKON) tərəfindən təşkil olunan “Türkiyə-Qərbi Afrika Ticarət Körpüsü” adlı zirvə toplantısına qatılan afrikalı iş adamları Türkiyəni Türk məktəbləri sayəsində tanıdıqlarını söyləyib. Afrikalı səfirlər və iş adamlarına görə ticarət əlaqələri məktəblər sayəsində inkişak edib.

TUSKON-a bağlı olan Bursa Təşəbbüskar İş Adamları Dərnəyi (BUGİAD) “Türkiyə-Qərbi Afrika Ticarət Körpüsü” çərçivəsində 8 ölkədən 100-dən artıq iş adamını qəbul edib. Cənubi Afrika, Mavritaniya, Seneqal, Qambiya, Qana, Liberiya, Mali, Kabo Verde və Fil Dişi Sahillərindən zirvədə iştirak edən səfirlər və iş adamları Türkiyə ilə qurduqları ticarət əlaqələrindən məmnun olduqlarını deyiblər. Ölkələrində açılan Türk məktəbləri və orada fəaliyyət göstərən Türk iş adamlarının ölkələr arasında körpü vəzifəsi gördüyünü deyən Afrikalı iş adamları bu məktəblərin bağlanacağı təqdirdə Türkiyə ilə bağlarının qopacağına diqqət çəkiblər.

Qananın Ankaradakı səfiri Daoda Bangora ölkəsindəki Türk məktəblərindən tərif dolu sözlərlə bəhs edib. Qanalı səfir daha sonra sözlərini belə davam etdirib: “Bu məktəblər çox faydalıdır. Xüsusilə iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi baxımından çox faydalı olduğunu düşünürəm. Ölkəmizə Türk məktəblərindən başqa Fransız məktəbləri də var. Bu qəbil əcnəbi məktəblərin şagirdlərə müavinət baxımından da dəstək verməsi çox yaxşı olar.”

“Mən min Türk məktəbinin açılmasını istəyirəm”

Seneqallı iş adamı Amadu Faal isə Seneqaldakı iş adamları dərnəyinin və Türk məktəblərinin dəstəyi ilə zirvədə iştirak etdiyini deyib. Faal çıxışında: “Ticarət körpüləri sayəsində Türk iş adamları ilə ortaq iş görmək istəyirik. Seneqaldakı Türk məktəblərindən birində oldum. Müşahidələrimə görə çox yaxşı məktəblərdir. Çox yüksək səviyyədə təhsil verirlər və bundan başqa şagirdlərə Türk dilini də öyrədirlər. Şagirdlərin universitetə daxil olması üçün çox əmək sərf edirlər”, deyərək məmnunluğunu dilə gətirib. Amadu Faal sonra ölkəsində daha çox Türk məktəblərinin açılması arzusunu səsləndirib. “Bu məndən asılı olsa, mən min Türk məktəbini açılmasını arzu edirəm. Çünki Təkcə məktəbin təhsil səviyyəsi yox, oradada şagirdlərə aşılanan əxlaqi dəyərlər də çox əhəmiyyətlidir və bu aydın görünür.”

Bu məktəblər olmasa Türkiyə ilə bağımız tamamən qopar

Seneqaldan gələn bir başqa iş adamı Makiyo Diyem (M.Dieme) Türk məktəblərindən ağızdolusu danışıb. O bildirib ki: “Keçirilən bu zirvə toplantısı çox maraqlı bir tədbirdir. Burada Türkiyə və Afrika üçün çox gözəl bir abı-hava meydana gəlib. İnşallah bizim üçün də faydalı olar, biz də Seneqal məhsullarını tanıtmaq üçün buna oxşar bir sərgi aça bilərik.”

Zirvə toplantısına Türk məktəbləri və yerli Türk-Seneqal iş adamları dərnəyi vasitəsilə tədbirə iştirak etdiyini deyən Diyem bildirib ki: “Bizim bölgədə Türk məktəbi bu il açıldı. Bu məktəblər Türkiyənin tanıdılmasında böyük rolu var. Bu məktəblərin faydalı olduğuna inanıram, hər kəs də bunu belə bilir və bu məktəblərə rəğbət göstərir. Təəssüf ki, Afrikada insanların maddi vəziyyəti aşağıdır. Bu səbəbdən hər kəs bu məktəblərdə övladlarını oxuda bilmədiyindən üzülür. Bu məktəblərin bağlanması ölkəmiz üçün böyük zərərdir. Türk müəllimləri həqiqətən çox çətin şəraitdə fəaliyyət göstərirlər. Orada hər şeyə baxmayaraq qalmaları belə təqdirəşayandır. Əgər onlar gedərsə, Türkiyə ilə bağlar tamamən qopar və Türkiyəni tanıma, Türkiyə ilə ticari əlaqələr çətinləşər.” Makiyo Diyem hazırkı Türk məktəbinin ərazisinin bir qədər dar olduğu üçün dövlət tərəfindən məktəbə yeni bir ərazi bağışlandığını söyləyib.

Qambiya Ticarət, Sənayə və İş Adamları Birliyinin direktoru Bitris A. Prom (Beatrice A. Prom) isə tədbirdə iştirak etdiyinə görə çox şad olduğunu bildirib. Prom zirvə ilə əlaqədar deyib: “Mən Türk məktəbinin əməkdaşı Bilal bəyə də təşəkkür edirəm. Onun sayəsində buraya gəldik. Bizim Qambiyada biznes şuramız var. Bu şuranın məqsədi də bu iki ölkə arasında əməkdaşlıq körpüləri qurmaqdır.”

“Ölkənizdə Türk məktəbləri varmı? Onlardan məmnunsunuzmu?” sualına Ancela Silva belə cavab verib: “Bəli, bizim ölkəmizdə də Türk məktəbləri var. Buraya gəlməmizdə Türk məktəblərinin və ölkəmizdə fəaliyyət göstərən Türk iş adamları dərnəyinin rolu böyükdür. Bizə çox yardımçı oldular. Məktəblər bağlansa, əlbəttə çox üzülərik.”

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.