Fəthullah Gülən yeni bir naxış toxuyur
Corctaun Universitetinin (Georgetown U.) əməkdaşı Ori Solts (O.Soltes) qələmə aldığı “Embracing the world” adlı kitabında Fəthullah Gülən Xocaəfəndi ilə Mövlana Cəlaləddin Ruminin fikirlərinin oxşarlığını araşdırmaqdadır. Hizmət hərəkatını Gülənin düşəncələrinin həyatda öz əksini tapması kimi qələmə verən Solt Xocaəfəndinin fikir dünyasının köklərini də tədqiq etməkdədir.
Fəthullah Gülənin əsərləri ilə necə tanış oldunuz? İlk təəssüratlarınız?
Gülənin əsərləri ilə Vaşinqtonda Rumi forumun təşkilatçılığı ilə Corctaun Universitetində keçirilən dinlərarası dialoq konfransında tanış oldum. Səmimi dialoq fəaliyyətləri ilə din dəyişdirmə kimi gizli məqsəd daşıyan axınları bir-birinə qarışdırmamaq, bu məsələdə təmkinli olmaq lazımdır. Buna görə də, açığını deyim, başlanğıcda tərəddüd etmişdim. Sonra mənə ixtisasım üzrə Gülən haqqında bir kitab yazmağı təkif etdilər. Bunu götür-qoy etmək üçün bir az vaxta ehtiyacım olduğunu söylədim. Beləcə, Fəthullah Gülənin əsərlərini ətraflı oxumağa və tədqiq etməyə başladım. Sonda belə bir qənaətə gəldim ki, o, bəşəriyyətə sevgi bəsləyən bir şəxsiyyətdir. Ciddi müsəlman və ümumbəşəri dəyərləri mənimsəmiş bir alimdir.
Hizmət hərəkatının müəssisələrində olmusunuz? Yoxsa, kitab təkcə nəzəri vəsaitə əsaslanır?
Hizmətin həm Türkiyə, həm də ABŞ-da fəaliyyət göstərən qurumlarında olmuşam. Gəzib görməsə idim, Hərəkata mənsub 20-30 nəfərlə tanış olmasa idim, vicdanım rahat olmazdı. Hətta bəzi şəxslərlə çox yaxın münasibətlərimiz var.
Türkiyənin mərhum Prezidenti Turqut Özal Xocaəfəndini “Çağımızın Mövlanası” adlandırmışdı. Sizi Fəthullah Gülən və Mövlana ilə bağlı kitab yazmağa sövq edən nə idi?
Əlbəttə Özalın bu görüşünə şərikəm. Gülənin əsərlərini tədqiq etdikcə mən də bu qənaətə gəlmişdim. Məhz buna görə kitabda Güləni Mövlana ilə müqaisə aparmışam.
Kitabını ilk səhifələrində Mövlanya aid ümmumbəşəriliyi vurğulayan bir sitat vermisiniz. Bəzi tənqidçilər Gülən hərəkatının sırf Türklərdən ibarət olduğunu iddia edirlər. Gülən hərəkatının millətçiliyə baxışını necə dəyərləndirirsiniz?
Məncə Gülən beləd düşünür: İslama və əcdadlara sadiq qalmaq Türkiyə üçün faydalıdır. Belə ki, bu, Fransa, ABŞ, Rusiya, İsrail üçün də keçərlidir. İnsanın öz kimliyini dərk etməsi, hər kəsə qucaq açmağa mane deyil, əksinə dəstəkdir. Çünkü kimliyini dərk edən insan özünə güvəni artar, digər kimliklərdən qorxmaz. Həqiqi müsəlman Türk bilir ki, Allah sevgisini təbliğ etməyin ən kəsə yolu bəşəriyyətə sevgi bəsləməkdir. Çünkü Tanrı bəşəriyyəti sevir. Bu, eyni zamanda ideal bir Türkiyədə qeyri-müsəlman Türklərin də azad həyat yaşaması deməkdir. Millətçilik şovinizmə çevrilmədiyi müddətdə təhlükəsi yoxdur.
Kitabda da qeyd etdiyiniz kimi, Hizmətin məktəblərində müxtəlif din, dil və mədəniyyətə mənsub şagirdlər oxuyur. Sizcə bu məktəblərin uğurlu fəaliyyətinin əsasında hansı güc dayanır?
Məncə bu uğurun sirri çox sadədir. Bu məktəblərin idərəçiləri Fəthullah Gülənin təlimlərindən ilham alır. Hərəkata mənsub şəxslərin, məktəb müəllimlərinin, idarəçilərin və digər qurumlarda çalışan insanların ən bariz xüsusiyyəti təvazökarlıq və həlimlikdir. Məktəblər barədə bunu deyə bilərəm: düşünürəm ki, həyatını şagirdlərə həsr edən, onlara həqiqətən dəyər verən, məktəblilərlə təkcə dərs saatlarında deyil, hər an maraqlanan müəllimlər və idarəçilər uğurun başlıca stimuludur.
Fəthullah Güləni digər mütəsəvvüflərlə müqaisəyə sevgi məfhumundan başlamısınız. Niyə məhz “sevgi”?
Bəli, sevgini ilk sıraya qoydum. Çünkü Rabiyətül-Ədəviyyə məhz bu məfhum sayəsində təsəvvüfdə böyük bir cığır açmışdır. İbni Ərəbi və Mövlana bir ömür boyu bu məfhumu – sevgini axtarmışdır. Və nəhayət “sevgi” Güləni, düşüncələrini və əsərlərini konkret şəkildə izah edən, bir çox insana ilham verən bir məfhum olmuşdur.
Kitabda Bədiüzzaman Səid Nursidən də bəhs etmisiniz. Güləni onun varisi hesab edirsiniz. Bədiüzzamanla Fəthullah Gülən arasındakı bənzərliyi necə xarakterizə edərsiniz?
Mənə elə gəlir, Səid Nursinin düşüncələrinin Gülənin fikir dünyasının formalaşmasında böyük rolu var. Gülən Sokrat və Platon da ilham almışdır. Bir alim kimi, Enşteynin də ona təsiri var. Rabiətül- Ədəviyyə, İbni Ərəbi və Mövlana da sıx baş vurduğu sufilərdir. Gülən insanların imanı üçün dərd çəkən bir həmvətən olaraq Səid Nursifən də ilham almışdır. Onun, xüsusilə elmlə dinin toqquşmadığına və bir-biri ilə təzad təşlil etmədiyinə dair düşüncələrindən təsirlənmişdir. Hər ipi bir mütəfəkkirdən götürən Gülən yeni bir naxış toxuyur.
- tarixində yaradılmışdır.