Meksikada Hizmət hərəkatından bəhs edən konfrans keçirilib

Meksikada Hizmət hərəkatından bəhs edən konfrans keçirilib

Meksika Unam Universitetində çalışan Türkiyə, ABŞ və Meksikalı bir qrup elmi tədqiqatçı Hizmət hərəkatının keçmişdən bu günə qədər keçdiyi fəaliyyət dövrü ətrafında söhbət aparıb.

Toplantıda iştirak edən Ceyms Harrinqton Fəthullah Gülən Xocaəfəndinin hüquq anlayışı və məhkəmə prosesi ilə bağlı məruzə oxuyub. Hazırda Hizmətlə bağlı bir neçə kitab və məqalə qələmə alan Harrinqton: “Bu gün Türkiyədə Gülən hərəkatının məruz qaldığı təzyiqlər “28 Fevral” hadisələrini xadırladır. O dövrdə də bu cür ittihamlar irəli sürülür, qaralama kampaniyaları aparılırdı. Gülən isə hüquqi yoldan ayırlmayıb Türk məhkəməsindən bəraət etdi”, özlərinə yer verib.

“Kaskada” (Cascada) juranlının redaktoru Mehmet Sığınır Meksika elm adamlarına Bədiüzzaman həzrətlərindən başlayaraq Hərəkatın tarixi dinamikləri və bu günə qədərki tarixi yolunundan bəhs edib.

Juan Manuel Portilla Qomez isə Hərəkatın dünyanın 160 ölkəsində fəaliyyət göstərdiyinə, böyüklüyünə və Beynəlxalq arenada müsbət qarşılandığına diqqət çəkib.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2022 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.