Hindistanda Türk Dili olimpiadalarının seçim mərhələsi sona çatdı

Hindistanda Türk Dili olimpiadalarının seçim mərhələsi sona çatdı

XI Türk Dili olimpiadasında iştirak etmək üçün dünyanın hər tərəfində seçim turları keçirilir. Dünyanın bəzi ölkələrində isə seçim mərhələləri artıq başa çatıb. Hindistanda da Türk Dili olimpiadası üçün keçirilən təsnifat mərhələsinə artıq yekun vurulub.

Paytaxt Yeni Dehli şəhərində fəaliyyət göstərən Tədris vəqfinin binasında (Educational Endowment Trust) təşkil olunmuş seçim turunun final mərhələsində müxtəlif şəhərlərdəki Türk məktəblərində təhsil alan şagirdlər iştirak edib.

Mahnı, şeir və Türk dili kateqoriyalarında bir-biri ilə yarışan məktəblilərin çıxışlarını Türkiyədən dəvət olunan münsiflər heyəti qiymətləndirib. Şagirdlərlə yanaşı müəllimlərin və valideynlərin də həyəcan dolu xoş anlar yaşadığı tədbirdə Türkiyədə keçiriləcək olimpiadaya gedəcək məktəblilər açıqlanıb.

Şeir kateqoriyasında “Saritha Learnium School”dan Şuka (Shuca), mahnı kateqoriyasında “Dehli Learnium School”dan Qaurav, Türk dili kateqoriyasında isə “Delhi Learnium School”dan İbrahim Kiraz Türkiyədə keçiriləcək olimpiadada Hindistanı təmsil etməyə haq qazanıblar.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2022 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.