İslamın ən proqressiv hərəkatı

Fethullah Gülen

Doktor Hakan Yavuzun sözlərinə görə Fətullah Gülən hərəkatının kapitalizm və demokratiyanı büsbütün qəbul etməsi bu hərəkatın uğurunda başlıca faktor sayılmalıdır. Banisinin Pennsilvaniya ştatında yaşadığı hərəkat İslam dinini təmsil edən yeganə təsisatdır ki, müasir eranın bəxş etdiyi imkanlardan maksimum yararlanmağa çalışır və başqalarından öyrənməkdən çəkinmir.

​​Aprelin 18-də Vaşinqtonda yerləşən Cəlaləddin Rumi forumunda Hakan Yavuzun “İslam Maariflənməsinə Doğru – Gülən Hərəkatı” adlı kitabının təqdimatı keçirilib.  Tədbirdə Utah Universitetinin professoru Hakan Yavuz, Gülən hərəkatına dair kitabda ifadə olunan əsas tezisləri auditoriya ilə paylaşdı.

Özünü “sosial-demokrat” və “qeyri-dindar” adam kimi təsvir edən Yavuz Gülən hərəkatında onun diqqətini çəkən unikal cizgiləri sadalayıb.  Müəllifin sözlərinə görə, Gülən hərəkatının ərsəyə gəlməsində Mustafa Kamal Atatürkün respublikaçı irsinin və 1990-cı illərin əvvələrinə mərhum prezident Turqut Özalın liberal islahatlarının rolu böyükdür.

“Fətullah Gülən hərəkatının istinad etdiyi İslam yeni İslamdır,”- deyə H. Yavuz bildirib “Bu hərəkat öz fəaliyyət metodlarının bir çoxunu Qərbdəki Protestant hərəkatından əxz edib.”  Bu səbəbdən Gülən davamçıları üçün din insan daxili dünyası və yaxşı əməllər üzərində cəmləşib.  Bir sözlə, möminlik və fəallıq Fətullah Gülən hərəkatının özəyində dayanır.

“Onlar üçün İslam sivil fəlsəfədir,” deyə alim hərəktatın üzvlərini təsvir edir. Onların ibadət etdiyi İslam şəriətdən uzaqdır və sırf fərdi əxlaqi prinsiplər üzərində qurulub. Bu mənada könüllülük və şəxsi təşəbbüs hərəkat üçün mühərrik rolunu oynayır. Eyni zamanda Gülənçilik maarifləndirməyə bir cəhddir – elə bir maarifləndirmə ki, bu proses Qərbdə bir neçə əsr bundan öncə baş verib.

Hərəkatın tənqidi aspektlərinə nəzər salan Yavuz qadınların Gülən hərəkatında fəal rol oynadığını qeyd edib. O, əlavə edib ki, qurumun qeyri-şəffaflığa meyli onun ətrafında konspirasiya nəzəriyyələrinin yaranmasına rəvac verir və çox vaxt hərəkat haqda yanlış təsəvvürlərə yol açır. Eyni zamanda Gülən hərəkatının Türkiyədə Ədalət və İnkişaf Partiyası (AKP) ilə bu yaxlnlaradək mövcud olan təmasları hərəkatın siyasiləşməsinə dair iddialara əsas verib.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.