“Gülən Hərəkatı vətəndaş hərəkatıdır”

Gülən Hərəkatı vətəndaş hərəkatıdır

Utah Universitetinin əməkdaşı professor M. Hakan Yavuz Oksford Universiteti nəşriyyatında işıq üzü görən “Towards an Islamic Ennzlightenment: The Gülen Movement (İslami bir maariflənməyə doğru: Gülən Hərəkatı)” adlı kitabı haqqında seminar keçirib. Vaşinqton Rumi Forumun qonağı olan müəllif Gülən Hərəkatına dini deyil, vətəndaş hərəkatı kimi baxmaq lazım gəldiyini söyləyib.

Kitabda Hizmət hərəkatı haqda ətraflı araşdırma apardığını vurğulayan Yavuz seminarda kitabın yazılma səbəbini, ictimaiyyətə çatdırmaq istədiyi mətləbini və hərəkatın mühüm yönlərini açıqlayıb.

O, Türkiyədə islami hərəkatlar haqda apardığı elmi araşdırmaların böyük hissəsini bu mövzuya həsr edib. Yavuz həmçinin 90-cı illərdə də bu mövzuda tədqiqat aparmış və Gülən Hərəkatınının inkişaf mərhələlərini araşdırmışdır.

Bəzi qurumların hərəkat haqda araşdırmalar apardığını, lakin bunlara qane olmadığını vurğulayan Yavuz kitabı yazmaqda əsas məqsədinin Türkiyə və xarici ölkələrdə hərəkat haqqında formalaşan yanlış fikirlərə aydınlıq gətirmək və hərəkata mənsub insanların fəaliyyətlərini açıqlamaq olduğunu söyləyib.

Hərəkata mənsub olmadığını və araşdırmasını tamamən elmi kriterilər əsasında apardığını deyən Yavuz Gülən Hərəkatının demokratiya, müasirlik, insan haqları və bazar iqtisadiyyatı kimi mövzularda yeni İslami anlayış formalaşdırdığını söyləyərək bu yanaşmanı “Yeni İslam” adlandırıb.

Yavuz hərəkatın amacı haqqında deyib: “Hərkəs hərəkatın amacını öyrənmək istəyir. Mənə elə gəlir əsl məqsəd dini deyil. Araşdırmalardan sonra belə bir nəticəyə gəlmişəm ki, hərəkatın birinci məqsədi cəmiyyət üçün faydalı şəxsiyyət yetişdirməkdir. Bu da ki hərəkatın təhsilə verdiyi əhəmiyyətin səbəbini ortaya qoyur”.

Yavuz kitabda hərəkatın qadına kifayət qədər yer verməməsi, kifayət qədər şəffaf olmaması, 2007-ci ildən, Ergenekon kimi gizli təşkilatlanmaların aşkara çıxarılmasından sonra siyasətlə əlaqəsinin artması kimi yönlərini tənqid etdiyini vurğulayıb.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.