BM-də GYV-nin dianlərarası dialoq təcrübəsi müzakirə edildi

BM-də GYV-nin dianlərarası dialoq təcrübəsi müzakirə edildi

“Jurnalistlər və Yazıçılar Vəqfi” (GYV - Gazeteciler ve Yazarlar Vakfı) BMT Baş Assambleyasında uzun illər davam etdirdiyi dinlərarası dialoq təcrübəsindən bəhs etdi. Sentyabr ayının 6-da Nyu-York şəhərində keçirilən BMT Baş Assambleyasının təşkil etdiyi “Yüksək Səviyyəli Sülh Mədəniyyəti Formu”nda GYV Abant Platforması Baş Katibi Hüseyn Hurmalı “Dinlərarası əməkdaşlığın dünya sülhünə töhfəsi” mövzusunda çıxış etdi.

Açılışını BMT Baş Assambleyasının prezidenti Vuk Ceremik tərəfindən edilən forumda söz verilən Hüseyn Hurmalı dinlərarası dialoqun əhəmiyyətindən danışdı. 1994-cü ildə qurulan GYV-nin dialoq, sülh və xoşgörünün bərqərar olunması üçün təşkil etdiyi tədbirlərdən danışan Hurmalı, Vəqfin fəxri sədri olan Fəthullah Gülənin bu sahədəki fəaliyyətlərindən nümunələr çəkdi. Dinlərarası dialoq “çətiri” altında müxtəlif inanclara mənsub olan din adamları ilə görüşən Xocaəfəndinin bu konteksdə sülh mədəniyyətinə verdiyi töhfələlərdən bəhs etdi.

İclasın aparıcısı prof. Con O Voll və iştirakçılardan Aubörn Seminari İnstitunun (Auburn Seminary) rektoru Katerin R.Henderson, BMT Mədəniyyətlər İttifaqının rəhbəri Metyu Hods (Matthew Hodes) və Relicins of Piis (Religions for Peace) beynəlxalq birliyinin Baş Katibi Viliam Vendley (William Vendley) də məruzə oxudular.

Serbiya provaslav kilsəsinin patriarxı İrineç, Şimali Amerika İslam Cəmiyyəti (İslamic Society of North America) Dinlər və Cəmiyyətlər Arası İttifaqın direktoru dr. Seyid M. Said və iclasa video lent yazısı göndərən Edmond C. Abadi (Edmond J. Safra Synagogu Hahamı Elie Abadie) çıxışlarında mənsub olduqları dində sülhün nə qədər əhəmiyyətli olduğunu və onun qlobal dəyərə çevrilməsinin əhəmiyyətini vurğuladılar. Dünyanın müxtəlif ölkələrindən bir çox akademik, QHT üzvləri, beynəlxalq nüfuzlu təşkilatların üzvləri, nazir və bürokratların iştirak etdiyi tədbirdə sülh mədəniyyətinin dialoq, impatiya, dürüstlük, ədalət, qarşılıqlı inam, sevgi və xoşgörü ilə əldə ediləcəyi vurğulandı.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.