Rıbakovun Pəncərəsindən Dünyanın Gələcəyi

Rusiya Elmlər Akademiyasının üzvü Ordinaryus Professor Rostislav Rıbakovu, xüsusilə də Bolqarıstanda demək olar ki, tanımayan yoxdur. Sosioloq, siyasətçi və şərqşünas olan Rıbakov, dünyada öz sahəsində böyük nüfuza malik bir mütəxəssis kimi məşhurdur. Rıbakov ötən həftə Bolqarıstan səfərində idi. Bu səfərin səbəbi isə Fəthullah Gülən Xoca Əfəndinin "İnsanın Mahiyyətindəki Sevgi" adlı kitabının Bolqar dilinə tərcüməsinin təqdimat mərasimi idi.

“Trud” qəzetinin nəşriyyatında işıq üzü görən kitab böyük maraqla qarşılanaraq nəşriyyatın ən çox satılan kitab siyahısının ikinci sırasında öz yerini aldı. Bolqarıstan sabiq prezdenti və Balkan Siyasət Klubunun Rəhbəri Jelyü Jelevinin də çıxış etdiyi təqdimat mərasimində geniş ziyalı təbəqəsi bir yerə toplandı. Təqdimatdan bir gün sonra Plovdivə baş çəkməyə gələn Rıbakovla bir gün boyunca söhbət etmə fürsətim oldu. Rus ədəbiyyatından; Puşkindən Tolstoydan söz açdıq. Dünyada baş verən hadisələrdən danışdıq. Təəssüratlarımı sizinlə də paylaşmaq istəyirəm.

Rıbakova soyuq müharibədən sonra dünyada baş verən ictimai və siyasi hadiəslər; 11 sentyabrdan sonra iflasa uğrayan Amerikanın İraq və Əfqanıstanı işğal etməsini və dünyanın gələcəyi barədə sullar verdim. Rıbakov 20-ci əsrdə Sovetlər Birliyinin dağılmasından sonra Amerikanın yeganə hegemon güc olduğunu, hələ də bunun keçərli olduğunu deyir. Bu müddət ərzində Rusiya yenidən Amerikaya alternativ hegemon güc olaraq önünə çıxmışdır. Yeganə bir fərqlə, o da ki Amerika get-gedə qatı bir dövlət sisteminə bürünərək köhnə Sovet Rusiyaya bənzəməyə doğru addımlar atarkən, Rusiya kapitalistləşərək Amerikanın köhnə yerini alır. Yəni rollar dəyişilir. Çin, Hindistan və Yaponiya güclənir. Onun təxmininə görə bu ölkələr gələcəkdə dünyanın hegemon gücü olacaqlar. Bu uzaqgörənliyinə: "Əgər dünyanın gedişatı belə davam etsə" şərtini də əlavə edir Rıbakov. Plovdiv Mövləvixanasında neyin həzin sədaları altında Rıbakov: “Lakin mənim dünyanın gələcəyi ilə bağlı başqa bir ümidim var,” – deyə mövzuya başqa yöndən yanaşır. Bəlkə bunu görməyə ömrüm çatmaz, ancaq gənc nəslim mütləq görəcəyinə inanıram dediyi ümidinə gəlin qulaq verək: “İnanıram ki, gələcəkdə hal-hazırda böyük sarsıntı keçirən mənəvi dəyərlər yenidən güclənəcək. Yeni bir görüş ortaya çıxacaq. Bu görüşdə ümumbəşəri və insani dəyərlər ön plana çəkiləcək. Yaxşı bəs bu necə olacaq, sualına Ribakovun cavabı isə belədir: "Bu yolu Gülən Hərəkətı açacaq". Gülənin fikirlərindən bəhrələnərək dünyanın bütün coğrafiyalarında açılmış məktəblərin o ölkələrin yerli dəyərlərinə, milli və mənəvi dəyərlərinə, bundan daha önəmlisi ümumbəşəri insani dəyərlərə əhəmiyyət verən dünyagörüşü ilə ixtilaflardan bezmiş bəşər üçün yeni bir ümid olduğunu deyir Rıbakov. Əksinə bütün mədəniyyətlərin öz kökü və insani dəyərləri ilə yenidən tanış olacağını əlavə edir. Dialoq və töleranlıq anlayışı ilə toplumların bir-birini daha yaxşı anlaya biləcəyini ifadə edir. Gülənin öz şəxsiyyətini ön plana çıxarmayan, idealları ilə yaşayan bir lider olduğunu deyən Ribakov onun öhdəsinə götürdüyü ən böyük məsuliyyət isə fanatizmə etiraz olduğunu vurğulayır. Rıbakovun ifadə etdiyi kimi, 150 il əvvəl kim deyə bilərdi ki, Ruslar, Bolqarlar və Türklər keçmişi bir yana qoyub eyni amal ətrafında bir araya gələcək. Bəli qloballaşan dünyada bütün ixtilafları arxada qoyaraq gələcəyə baxmaq çox önəmlidir. Bundan daha da önəmlisi, sürətlə dəyişən dünyanın gələcəyinə ümidlə baxmaq. Ondan da önəmli olan isə yenidən formalaşan dünyaya bizim qatqılarımızdır. Bir qatqımız varsa: "Yaxşılıq etdinsə, boş yaşamamısan" deyən Bolqar sənətçisi Emil Dimitrovu təsdiqləmiş olacağıq. "Dəyişən dünyada mən nə edə bilərəm" deyib yola düşmək önümüzdə duran ən məntiqli həll yoludur.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.