Pensilvanyada "Gülən" Bir Sürgün

Hyustondakı "Türkcə Olimpiyadası"ndan sonra Nyu Yorka qayıtdıq. Qayıdan kimi də “Bu gün” qəzetinin müxbiri Ahmet Taşgetiren, Baş redaktor Erhan Başyurt və rəhbərimiz Muharrem Atlığla Pensilvanyaya yola düşdük...

Pensilvanya ABŞ-ın 50 ştatından biridir... İlk konstitusiyanın yazıldığı ştatdır.

Son on ildə bizim ölkə insanları üçün də əhəmiyyətli yer sayılır. Çünki Fəthullah Gülən orada sanki bir sürgün həyatı yaşayır.

Bu səbəblə, Anadoludan, hətta dünyanın müxtəlif coğrafiyalarından minlərlə insan Pensilvanyaya axın edir.

Yola çıxanda oraya "düşərgə" deyildiyini öyrənirəm. Aydın olur ki, buraya çox sayda insan gəlir, hətta orada məskunlaşır ki, belə bir ad verilir.

Bir müddət sonra namaz qılmaq istəyən yoldaşlar üçün Nyu Cersidə - Türklərin sıx yaşadığı bir bölgədəki "Ulu Cami"nin qarşısında maşınımızı saxlayırıq.

Bura daha çox Türklərə məxsus iş yerləri görmək mümkündür... “İstanbul Market”, “Konya Ətli Pidə” kimi... Biz də Nyu Cersidə Konyanın ətli pidəsini yeyib təkrar yola düzəlirik.

Təqribən bir saat sonra meşəlik bir yola dönürük. Çox keçmədən bələdçimiz "Düşərgəyə yaxınlaşırıq" deyir.

Ətrafda daha çox villaya bənzər evlər var. Bir azdan da Saylorsburg yazılmış bir lövhə çıxır qarşımıza...

"Gəlib çatdıq..." deyir bələdçimiz.

Diqqətlə ətrafı süzürəm. Qarşımızda qoşalaylı electron dəmir qapı və bir neçə nəzarətçinin olduğu bir daxma var.

Türkiyəni xatırladır

Bir az gözləyirik. Ətrafda təhlükəsizlik kameraları olduğu deyilir. Qar yağmır, amma sərt soyuq insanın üzünə çırpır. Və dəmir qapı açılır. İçəri girər-girməz təhlükəsizliyə görə mobil telefonlarımız alınır.

Təxminən iki saatdan sonra Pensilvanya ştatının hər yanı meşəlik bölgəsində, içində Türkiyəli bir fikir öndərinin, bir sivil hərəkat liderinin və ya bəzi yuxarıdan baxanların ifadəsi ilə "Taşralı Bir İmam (Rayonlu bir imam)"ın, nə deyirsiniz-deyin, sürgün həyatına məhkum edildiyi "düşərgə"dəyik.

Birbaşa gecəni keçirəcəyimiz villaya gedirik. İçəri girəndə heç nə yad gəlmir mənə. Ayaqqabıların qoyulduğu şkaf, salon və otaqlara qoyulan, yatmağa da münasib divanlar və divarlarda asılı Fəthullah Gülən sözləri...

Hər şey Türkiyəni xatırladır...

Gecəni orada keçiririk.

Naharda Fəthullah Gülən Xoca ilə görüşəcəyik. Səhər təqribən səkkizə yaxın gecəni keçirdiyimiz villadan çıxırıq.

Qar az-az səpələnir. Əsas binaya doğru gedirik. Ətrafa baxıram... Çox gözəl meşəlik bir ərazi. Ərazinin ortasında geniş inşaat işi gedir. Deyilənlərə görə, yeni mərkəzi binadır. Deməli bu düşərgəyə daimi nəzərlə baxılır.

Onun ətrafında da Türkiyədən və başqa bölgələrdən gələn insanların qaldığı iki-üç mərtəbəli çox sayda villa var.

Sonradan öyrənirəm ki, hər gün təxminən 30-40 nəfər adam bu villalarda qonaq qalır.

Bir az yol getdikdən sonra əsas binaya giririk. İçəridə xeyli adam vardı. Bir yandan da gənclər mətbəxdən səhər yeməkləri masalara düzürlər. Qonaqlar isə ayaqüstə üç-beş nəfərlik qruplar halında sakitcə gözləyirlər.

Qürbət onu yaşlandırıb

Həm yemək yediyimiz salonu, həm də insanların toplaşdığı yeri gəzirəm. İki ayrı yerə Fəthullah Gülənə dünyanın hər tərəfindən göndərilən hədiyyələrin nümayiş etdirildiyi şüşəli rəflər yerləşdirilib...

Bir yanda Anadoludan göndərilən əl işi öküz arabası, başqa bir bölmədə bir tank...

Biri Kosovadan gəlib, o biri Azərbaycandan, Misirdən... Simvolik, kiçik hədiyyələr...

Biz də Fəthullah Gülənin nahara düşməsini gözləyirik. Və saat 8-00 radələrində Xoca Əfəndi salona doğru gəlir...

Yeriməkdə bir az çətinlik çəkdiyi gözdən qaçmır.

On il əvvəl Sabah ATV-nin İkitelli binasında yaxından gördüyüm Fəthullah Xocanı illər və qürbət xeyli yaşlandırıb...

Qarşısındakı insana zərif münasibəti, təvazökarlığı ilə insanı təsirləndirən Gülən Xoca bir-bir əlimizi sıxdıqdan sonra nahar salonuna keçirik.

Bizi, jurnalistləri yanına oturdur.

Və nahar başlayır.

Dərin bir səssizlik hakimdir salonda. Yalnız çəngəl-bıçaq və çay gətirən gənclərin ayaq səsləri eşidilir.

Bir müddət heç kim danışmadan naharını edir.

Bu səssizliyi Xocanın dərmanları və çayla əlaqəli dediyi sözlər pozur və bizim səbirsizliklə gözlədiyimiz söhbət başlayır. Bu söhbət bir az da biz, üç jurnalistin sualları ətrafında gedir.

Çox dərinə enmədən, bir çox mövzuya təmas edilən bir söhbət. O söhbətin içində seçkilər də, Ergenekon məhkəmə müddəti də, GATA-ya köçürülənlər də, Dəmirəl və Cindoruk da, Neoconlara qarşı Neoosmanlılar yanaşması da var.

Fəthullah Gülənin bu mövzulardakı düşüncələrinə, sabahkı yazımızda yer ayıracağıq.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.