Bir İkindi Söhbətindən Qeydlər

Pensilvanyada Fəthullah Gülən Xoca Əfəndinin yaşadığı dağlar arasındakı obada iki gecə, bir gündüz keçirdim.

Bu müddətin böyük bir ibadət iqlimində keçdiyini ifadə etməliyəm.

Səhər-səhər xətmlə qılınan, təhəccüdlə başlayan, sonra camaatla əda edilən gündəlik namazlar, ikindi söhbətləri və axşam namazından sonra toplu şəkildə edilən dualar...

Yemək əsnasında Xoca Əfəndiyə həmsöhbət olmaq imkanımız oldu. Seçkilərdən başlayıb, "Türkiyədə keçmişdən bu günə kimlər hansı yolda gedir?"ə qədər uzanan dəyərləndirmələr...

Xoca Əfəndinin xatirələr aləmində elm - fikir dünyası, hərəkat (hizmət) dünyası, siyasət dünyasına qədər uzanan, həqiqətən, çox zəngin məlumat gizlidir.

Xaricdəki fəaliyyətlərdən söz açılanda vədlər verən o dövrdə yüksək vəzifəli bir dövlət adamının sonralar "Onlar çox təhlükəlidir" deməsini heyrətlə öyrənirik.

"İstəyirsinizsə, sizin vəkilliyinizi edə bilərəm" deyən çox məşhur bir vəkil siyasətçinin sonradan dəyişməsinə çaş-baş qalırıq.

Xoca Əfəndi rəhmətlik Sakıb Ağa haqqında gözəl sözlər deyir. Aydın Bolaka böyük məhəbbətlə anır. Pəyami Səfa öləndə Ədirnədə iki kilometrlik yolu hönkürtü ilə ağlaya-ağlaya getdiyini, o dövrdə müsbət mənada nəsə yazanlara şükür etdiyini bu nümunə ilə ifadə edir. Mediadakı alternativliyin nüfuzu i Xoca Əfəndinin də sevindirir.

Və belə bir qısa zamana sığan uzun söhbətlər...

İkindi söhbəti isə fərqli bir ab-havada keçir.

Bu gün bir ikindi söhbətindən götürdüyüm qısa qeydləri sizlərlə paylaşmaq istəyirəm.

Bəlkə dəftərçənizə qeyd edəcəyiniz cümlələr olar:

-Bəzi teoloqlarımızın dili - ağzı çox pozuldu. Rəsulullah Əfəndimizdən (s.ə.s.) bəhs edərkən oryentalistlər kimi danışırlar.

-Halbuki Ona (s.ə.s.) sevgiliyə xitab edilən kimi, "Sənə qurban olum " kimi, coşqun bir məhəbbətlə xitab etmək lazımdır.

-Nənəm "Muhamməd" adını eşidəndə 24 saat ağlayardı.

-Rəsulullah Əfəndimiz (s.ə.s.): "Bir gün gələcək adımız günəşin doğub-batdığı yerlərə çatacaq" buyurur. Bu, eyni zamanda Onu (s.ə.s.) sevənlərin çiyininə yüklənmiş bir hədəfdir. Buna görə də, hər yerə nami-cəlili-Muhammədini (Onun gözəl adını) aparmalıyıq. Bunun üçün müəyyən planlarımız olmalıdır.

-Demokratiya hal-hazırda dəyərləndirilməli bir sistemdir. Demokratiyanın da 50 növü var. Demokratiyaya dərinlik qazandıracaq nəsə əlavə oluna bilər.

-Mən hökumətin Əhvəni-şər (İki şərli işin və ya şeyin daha az zərərlisi.) çərçivəsində dəyərlədirilməsini düzgün saymıram. Əksnə, xeyri kəsir - xeyri qəlil (az xeyir-çox xeyir) çərçivəsində dəyərləndirmək lazımdır.

-Lap əvvəldən Türkiyə millətin niyyətinə görə idarə edilsə idi, çox şey olardı.

-Anadolu hər zaman çiyninə düşəni etmişdir, edir də. Biz də mövcud şəraitdə “Necə edək ki, bu işi bir neçə addım irəli getsin, - deyə səy göstərməliyik.

-Bir fürsət var və əldən çıxarsa, bu yarımçıqlıq tamamlana bilməz. Buna görə də, "kaş ki" deyəcək hala düşməmək lazımdır.

-İtirəcək zamanımız yoxdur.

-Bəzi insanlar adanmışlıq (fədakarlıq, həsr edilmişlik) dinamizmini dəyərləndirər, dünyəviliyə girməzlərsə, müddət ərzində böyük fəthlər olacaq, inşallah.

-Bu dönəmi fətrət (dinin unudulduğu dövr) dövründən çıxarmaq üçün iş görmək lazımdır.

-Avropa və Amerika iqtidarı itirə bilər. Türkiyə önəmli bir müvazinət amili ola bilər.

-Türkiyəyə liderlik etmək düşür.

- Hər davranışımızda Allahın və Rəsulunun rizası əks olunmalıdır.

-Fəaliyyətlərdə Allahın sonsuz lütfü ilə qarşılaşırıq. Bunlar bizim planlarımızla olası işlər deyil. Bir mənada ilahi avanslar var. Yorulmayaq, yorğunluq hissinə qapılmayaq, deyə...

Bir saatlıq sual – cavablı söhbətdən qeydə aldığım sətirlərin bəziləri belə idi...

Söhbət əsnasında Türkiyəyə qayıdışı soruşduq.

"Giran gəlir bu qürbət", - dedi, hüznünü ifadə etdi. “Həyətdə bir göl var, 9 il boyunca oraya ancaq üç dəfə getdim,” - dedi, amma qayıdış bardə bir tarix vermədi. Heç kəsi sıxıntıya salmaq istəmədiyini dedi. 9 uzun il, qürbət asan deyil. Lakin sanki canlı ibadət iqlimi hər şeyi daha asanlaşdırır.

İkindi söhbətinin sonunda bir dua etdi Xoca Əfəndi, duanın bir neçə sözü belə idi:

"Vəşrah sudura ixvanina.... Qardaşlarımın qəlbinə genişlik ver..."

Harada?

Türkiyə və Özbəkistanda...

Bütün məzlumlar üçün amin...

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.