Madam Mbayenin göz yaşları

Seneqalda bir Afrika axşamı. Atlantik okeanının sahilində jurnalist dostlarla birlikdəyik. Türk iş adamı Abdullah bəyin açdığı “İstanbul” restoranda seneqallı dostlarla yemək yedik.

Qarşımda həyəcanla söhbət edən altmış yaşlarında, qaradərili, uzun boylu Müsyö Adama Diop dedi ki:

“1996-cı ildə Seneqal Təhsil Naziri müşaviri ikən təqribən iyirmi yaşlı üç Türk gənci yanıma gəldi. “Yavuz Səlim Təhsil Qurumları” adlı məktəb açmaq istəyirdilər. İkisinin adı yadımdadır; Mösyö Ömərlə Mösyö Həmzə, digər gəncin adını tam xatırlamıram. Özlərini qısa müddətdə sevdirdilər, etimad qazandılar, məktəb  üçün əlimdən gələni elədim,” – dedi Mösyö Diop. “Məktəb həmin il 6 şagirdlə açıldı,” – dedi və söhbətinə davam etdi. “O illərə qədər buralarda Türkiyəni tanıyan yox idi. Bu məktəb sayəsində tandılar. Bu müəllimlər kasıbların evlərini qapı-qapı gəzib yardım əli uzatdılar, şagirdlərinin evlərinə gedib ailələri ilə tanış oldular və hər kəsin könlündə taxt qurdular. Aradan 13 il keçdi. Bu gün “Yavuz Səlim Təhsil Qurumları”nın Seneqalda 290 şagirdin oxuduğu bir qız kolleci, 293 şagirdin oxuduğu bir oğlan kolleci, ikisi paytaxt Dakarda, biri Thiesdə olmaqla 595 şagirddən ibarət 3 ibtidai məktəb, bir də 100 nəfərlik uşaq bağçası var.

İnanılmazdır, elə deyilmi?

O əsnada Oral Çalışlar bizə xidmət edən restoranın sahibi Abdullah bəyə bir sual soruşur: “Niyə buralara gəldiniz, belə bir macəraya girdiniz” deyir. Abdullah bəyin təvazökar cavabı bizi duyğulandırır: “Gənc müəllimlər buradadır, onlara dəstək olmalıyıq”.

Bayrağımızın dalğalandığı, türkülərimizin oxunduğu bu məktəblər həqiqi mənada böyük uğurdur. Bu da sizə “Çılğın Türklər”. Əlbəttə, “Türklər” deyəndə bütün Türkiyəni nəzərdə tuturam; kürd, laz, çərkəz…

Məktəb adi bir şey deyil, hər şagird bir insandır, ailə məktəbə əmanət etdiyi oğlu ilə, qızı ilə tanıyır Türkiyəni və Anadolu insanını. Hər tanıyıb sevən insan ölkəmizin tutan əli, görən gözü, yeriyən ayağı olur məktəb adlı bu sevgi adacıqlarının sirli ab-havasında.

Məktəbin valideyn komitəsinin rəhbəri milli geyimli Madam Mbaye söz alır. Madam Mbayenin həyat yoldaşı sabiq nazirdir, özü isə bir iş qadını. Bizə məktəblər haqqında danışdı:

“Hər kəs “Yavuz Səlim” məktəblərini tərifləyirdi. Mən də oğlumu bu məktəblərə göndərməyə qərar verdim. O illərdə müəllimləri və müdrlərini çox yaxşı tanımırdım. Heç bir il tamam olmamışdı ki, oğulumun müvəffəqiyyətinə görə müəllimləri onu 23 Aprel şənliklərinə Türkiyəyə aparmaq istədilər. Mən bir az narahat olsam da, icazə verdim. Türkiyə haqqında çox məlumatım yox idi, Fransa televiziya kanallarında kasıb terror ölkəsi kimi göstərilirdi. Hər gün oğlumla telefonda əlaqə saxlayırdım. Türk ailələrinin evlərində qalırdılar.  Bir gün zəng elədim, oğlum ağlamaqdan danışa bilmədi. Mən də əndişələndim, həmin ailəyə zəng elədim, ancaq Fransız dilini bilmədiklərinə görə danışa bilmədim. Düz məktəbə qaçdım, müdir bəyi tapdım. “Dərhal oğluma zəng edirsən, oğlum niyə ağlayır mənə cavab verin,” – dedim. Müdir bəy zəng elədi və həqiqəti öyrəndik. Oğlum qaldığı ailədən vidalaşdığı üçün ağlayırmış, ona çox yaxşı baxıblar, hədiyyələr veriblər, böyük insanlıq göstəriblər”.

Madam Mbaye bizə həyəcanla bunları danışarkən baxdım ki, qara üzündən inci kimi büllur yaşlar tökülür. Daha danışa bilməyəcəyəm dedi və söhbəti kəsdi.

Bizə Seneqalda bu gözəllikləri bəxş edən adsız qəhrəmanlara ən səmimi qəlbdən təşəkkür edirəm.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.