"Ramiz oğlu Fəthullaham, bu qədər..."
Möhtərəm Fəthullah Güləni bir həftəlik ziyarətimdə 8-10 nəfərlik çay söhbətlərində də iştirak etdim. O söhbətlərdə aldığım qeydləri sizinlə də bölüşmək istəyirəm:
Ənaniyyət (eqoizm) bir buz parçasına dönüb, təvazökarlıq hovuzuna atıb əritmək çox çətindir... Nəfsin üstündən xətt çəkmək, "mən"i yıxmaq, silmək lazımdır. Önə çıxma (irəli getmə), "görünmə" istəkləri olur. Sülh və diplomatiya tərəfdarı olsanız da, bəzən elə məsələlərlə qarşılaşırsınız ki, öhdəsindən gəlmək olmur. Allah (c.c.) gördüyünüz işləri dəstəkləyirsə, toxunduğunuz qapıları taybatay üzünüzə açırsa, narahat olmayın, deməli yaxşı yoldasınız.
Nəzəriyyəyə, sözə gələndə bizə çatan olmaz. Ağzımızı açanda Firdovsi yalan olar. Biz dəyərlərimizi ən gözəl şəkildə təmsil etmək məcburiyyətindəyik. Hər şey təmsillə dəstəklənməlidir... Ziqzaqsız ömür sürmək lazımdır. Belə yaşasanız, axtaran insanlar sizi tapar. Haqqın xatirinə biz də ayaqlarına gedərik.
İnsanları təvəccöh gözləmədən sevmək lazımdır. Bunun (təmənnalı sevginin) axırı yoxdur. Qarşılıqsız sevməliyik. Bir insan nə qədər sevilməlidirsə, onu o qədər sevməliyik. Bir şərqi vardı, "çox məhəbbət, tez ayrılıq" deyə... İnsanları Allah qədər sevməməli.
Bir nəfər yanıma gəldi. "Sizi filan məqamda sayırlar," - dedi. Belə mübaliğə edənlərdən mənsəb (şan-şöhrət, ad-san) dərdində filan olduğumu söyləyən də çıxır. Mən Ramiz oğlu Fəthullaham, bu qədər... Adi bir insanam və (zirvədə deyil) düz yerdə dayanmışam. Allah Peyğəmbərimizi (ə.s.) müşriklərlə sınağa çəkib, bizi də batil cərəyanlarla imtahan edir...
Texnologiya sürətlə dəyişir, amma ağıllar dəyişmir. Zehniyyət dəyişikliklərdə texnologiya ilə ayaqlaşa bilmir...
Türkiyədə gözəl dəyişikliklər gerçəkləşir. Cəmiyyət demokratikləşməni mənimsəyir. "Çevriliş" deyənlər də artıq bunu dilə gətirə bilmirlər. Abı-hava dəyişsə, mən də Türkiyəyə gəlməyi çox istəyirəm. Çox darıxmışam. Ölmədən vətənimi gəzib həsrəti dindirmək istəyirəm...
Quranda üslubla bağlı dərslər (ibrətlər) var. Üsuluna uyğun şəkildə mübahisəli məsələlərdən uzaq olma da var. Üslubumuzun üstünə qərəzimizi yükləməyək. Haqqın tərəfində olaq. Ortada dayanaq, obyektiv olaq...
Peyğəmbərlərin istedad və qabiliyyəti qövmünə və dövrünə uyğun olur. Allah (c.c.) onları vəzifələrinə görə müstəsna qabiliyyətlə göndərmişdir. Onlar xarakterlərinə layiq olmaqda zirvədədir.
Fərqliliklərə görə münaqişə və mübahisə edilməsə... Bağıra-bağıra bir-birimizə üstün gəlməyə çalışmaq yerinə, "məndə belə bir fikir, belə bir təklif, belə bir dəyərləndirmə var" deyilsə... Artıq hər kəs müxtəlifliyin zənginlik olduğunu qəbul edir. Birlikdən rəng yumağı meydana gəlir, başqa bir gözəllik olur.
Sizin dərəcənizə təsir edən (amil) iradənizi ortaya qoymağınızdır. Nəticə sizə aid deyil, Allaha aiddir. Nəticənin keyfiyyəti sizin dərəcənizə təsir etməz. İnsan əqidədə doğru yolu, ancaq Peyğəmbər yolu ilə tapa bilər. Allah lütfünü gəzib-dolaşdırır. Bir gün sizə bayram, bir gün başqalarına...
Dində söymə yoxdur. Kimisə sevmək kiməsə söyməyi tələb etmir. "Peyğəmbərimizi sevmək Əbu Cəhlə söymədən asılıdır" deyə bilməzsiniz... Öfkə (Kin)müvəqqəti cinnətdir, axırı da nədamət... İslamı layiqincə yaşasaq (təmsil etsək), kim bilir nə gözəlliklər olacaq. Müsəlmanlığın insanlığa açdığı üfüqü kifayət qədər dərk edə bilmirik. İçində olduğumuza görə çox fərqinə vara, görə bilmirik.
Allah təvazökarlığı sevir. Cibindəki pulları cingildədən insanları sevmir. Allaha qarşı səmimi olmalıyıq... Şükür edən qul necə də azdır. O qədər nemət var, yenə də bir şey olmayanda başlayırlar şikayətə... Sənin gözlədiyin rəftar səndən gözlənilən davranışdır... Allahım, bizə bizdən üstün istedadlar ver və o istedadları inkişaf etdir...
Həqiqi müsəlmanlıq müsəlmanlara hörmət edən bir cəmiyyətdə yaşana (təmsil edilə) bilər. Bu da insanların qəlbini fəth etməklə, insanla Allah arasında olan maneələri aradan qaldırmaqla mümkündür. Əsl fəth könüllərin fəthidir...
- tarixində yaradılmışdır.