Gülən: "İnönünün qərarını da alqışlardım..."
Möhtərəm Fəthullah Gülən Xocaəfəndinin bir müddət fasilə verdiyi söhbətlərə yenidən başladığını yazmışdım.
Hörmətli Gülənə son günlər ən çox tənqid edilən mövzu ilə bağlı konkret sual verildi: "Dünyanın hər yerində böyük təqdirlə qarşılanan təhsil və dialoq fəaliyyətlərinə baxmayaraq son illər Türkiyədə, "Gülən fəaliyyəti də siyasiləşdi, referendumdakı səylər də bunun göstərir" deyirlər. Siz bu haqda nə düşünürsünüz?"
Hörmətli Gülən, əvvəla referendumun nəticəsinə sevindiyini söylədi. Bu sevincin şəxsən özü ilə bağlı olmadığını bildirdikdən sonra əlavə etdi: "Sevincim millətimizin gələcəyi ilə bağlıdır. Mən illərlə bunun xəyalını etmişəm. Dövlətlər müvazinətində Türkiyənin də bir yeri olsun, müraciət edilən bir ölkə olaq, biz də sükan arxasında oturaq, bizim də sözümüz kəsərli olsun. Dünyanın hər yerində olmasaq, Türkiyə istədiyi yerdə, layiq olduğu məqamda ola bilməz. Mən bunu məscid kürsülərində söylədim. İnsan azad olduğu müddətdə insandır. İnsan azad olduğu qədər vardır. İnsan nə qədər ki idarə edilir, insan kimi yaşaya bilməz. Mən bu məntiqimlə 1946-cı ildə İsmət Paşa dövründə olsaydım, çoxpartiyalı sistemə keçid qərarını da alqışlardım. Mən o hərəkətə də dəstək verərdim. Mən 12 sentyabrda Referendumu ilə bağlı fikir bildirməyi özümə vəzifə bildim. Millətimiz əmr altından xilas olacaq, özü kimi düşünə biləcəkdi. Bəzi qapılar açılacaq. Mən buna inanmışdımsa, vəzifəmi də yerinə yetirməli idim..."
Söhbətdə Fəthullah Gülən Xocaəfəndidən qarşıdan gələn yeni dövrü necə dəyərləndirdiyini də soruşdular. "Hər kəs üslubunu gözdən keçirməlidir" - dedi, - "İqtidara da, müxalifətə də daha yumşaq üslub lazımdır". Və əlavə etdi:
"Yazarlar, yayın redaktorları, veriliş hazırlayanlar, bizi sevən yoldaşlar səsini yüksəltməsələr. Sevgi ruhu hərəkətə gəlməli. Hər şeyə söz çatdırıb cavab vermək yerinə, döyənə əlsiz, söyənə dilsiz olsaq... Yunus kimi, üstümüzə kötəklə gələnə qollarımızı açsaq. Açsaq və qucaqlaşsaq... Biz bu gözəlliyi 90-cı illərin dialoq sürəcində yaşadıq. Yenə buna ehtiyacımız var. Hər kəs düşüncəsini bir daha gözdən keçirməlidir".
Şəxsən mən bu tövsiyələri çox əhəmiyyətli sayıram. Dava-dalaşla, münaqişə ilə bir nəticə əldə etmək olmaz. Sərtlik sərtlik doğurur. Üslub gözəlliyinə qayıtmağa çağıran, bu yolda addım atan qazanacaq.
Mən yaxınlaşan seçki abı-havasının bezib-usandığımız süni mübahisələri yenidən körükləməsindən narahatam. Partiya başçıları üslubunu gözdən keçirməkdə çətinlik çəksə də, media olaraq biz ağlabatan məqamlarda birləşə bilərik. Mübahisəli proqramlarla reytinq qazanma qayğısını ikinci plana qoya bilərik. Davakar, aqressiv, inadkar natiqlərin camaatı coşdurması yerinə, səviyyəli, sayğılı müzakirələrlə xalqı məlumatlandıra bilərik.
Ölkədə kifayət qədər ağıllı insan var. Bunu bir xəzinə hesab etməliyik. Demokratikləşmə yolunda bu xəzinədən istifadə etməliyik. Bu insanlar hər kəsdən, hər təşkilatın idarəçisindən üslub gözəlliyi gözləyir.
Yeni dövr ancaq "zehniyyət dəyişməlidir" ehtiyacını qəbul edənlərin fəaliyyəti ilə başlaya bilər.
Məncə, möhtərəm Fəthullah Gülən Xocaəfəndi yeni dövr üçün əl uzadır. O əlin havada qalmamalı olduğuna inanıram.
- tarixində yaradılmışdır.