Türk məktəbləri və türkcə olimpiadası
Türküstandaydım... Türk məktəbini ziyarətə getmişdim. Müdir bəyin otağında oturmuşduq. Bir Rus qadın girdi otağa. Az yaşlı qızının əlindən tutmuş, "Buyurun, sənədlər..." dedi və müdirə uzatdı.
Rus qadın qızını Türk məktəbinə yazdırmağa gəlmişdi. Dedi ki: "Müdir bəy, biz məhv olduq, yalvararam uşağımı qurtarın!" Müdir qızı qeydiyyatdan keçirdi. Mən bu hadisə qarşısında çox duyğulandım. Müdir məni yola salarkən belə dedi: "Sabah səhər məktəbə erkən gəl".
Oteldə qalırdıq. Səhər erkən qalxdım məktəbə getdim. Şagirdlər siniflərə keçdi. Əvvəla Türküstanın milli marşını, sonra da İstiqlal Marşı oxudular.
Yola hərflərlə çıxmaq, məqsədə sözlərlə yaxınlaşmaq, hədəfə cümlələrlə çatmaq olar!..
Türk dilini nə qədər çox insan bilsə, bir o qədər böyük bir millət ortaya çıxar. Dil birliyi vətən birliyini, vətən birliyi millət birliyini möhkəmləndirər.
Türkcə Olimpiadası ilə böyük bir mədəniyyət imperiyası qurulur. Bu imperiya hüdudsuzdur, ərazi istəməz. Heç kimin malında-mülkündə gözü yoxdur, tamamilə mədəni bir inkişafdır. Türk dili yayıldıqca Türkü anlayacaqlar.
Qar, buz, boran kimi zahirən çətin şərtlərdə boy atan rəhmət çiçəkləri var. Min ildir İslama xidmət edən bu milləti Allah həlak etməyəcək. Hər şey yaxşı olacaq. Tariximizə bir daha nəzər salsaq, görərik ki, çətin günlər arxada qaldı. Əkilib biçilən tarlalar öz bəhrəsini verəcək. Payızda səpilən toxumlar qarın buzun altında kök saldı. Qar ərimədən inci çiçəkləri açmağa başladı. Hər şey baharı müjdələyir. Müsəlmanlar daha gözəl günlərin yollarını axtaracaq. Dünən Avropaya yol verən tale, bu gün İslam dünyasına yol verəcək.
Böyük davalar böyük insanların çiynində yüksələr. Türk məktəblərinin hər müəllimi bir Mövlanadır.
Mən də dünyanın bir bucağında Türk məktəbində işləmək istəyərdim... Bizim vəzifəmiz bu məktəbləri açmaq, maddi-mənəvi dəstək vermək - bəşəriyyətə xidmət etməkdir.
- tarixində yaradılmışdır.