Ziyalıların dəyərləndirmələri

Fəthullah Gülənin hədəfi mövzusunda ideoloji və qərəzli düşünüb davranan kiçik bir qrupu nəzərə almasaq, Türk aydınlarının böyük əksəriyyəti, əsasən, fərqli bir düşüncəyə sahib deyildir. Məsələn, professor Əli Yaşar Sarıbəyə görə, Fəthullah Gülən hərəkatı “bir sivil toplum hərəkatı olmaqla Türkiyədə demokratiyanın möhkəmlənməsinə fayda verə bilər. Dünyəvi milliyyətçilik etnik təmələ əsaslandığı üçün birləşdirici deyil, parçalayıcı bir funksiya icra etdiyi halda, Gülən hərəkatı toplumda dini dəyərlər vasitəsi ilə bütünləşməni və cəmiyyətin birlik və bərabərlik içində yaşamasını böyük miqyasda asanlaşdıra bilər. (Milliyyət, 18.10.1995)

Taha Akyol Güləni “birləşdiricilik və dolayısilə, insanlar arasında ayrı-seçkilik salan deyil, onların ortaq cəhətlərinin önə çıxarılmasının tərəfdarı, təhsildə keyfiyyət və rəqabəti vurğulayan və araşdırma düşüncəsini ön plana çəkən, plüralist, sülhsevər və gələcəyin Türkiyəsi üçün çox faydalı bir insan” (Milliyyət, 19.10.1995) kimi dəyərləndirir.

Nevval Sevindi
Nevval Sevindiyə görə, Gülən özünü yeniləməyi daim var (mövcud) ola bilmənin yeganə şərti kimi qəbul edir. Onun dünyasında təhsillə inkişaf yanaşıdır və gələcək üçün iqtisadi olanla mədəni olanın bərabərliyi əsasdır. Cahilliyə, savadsızlığa qarşı elmi, yoxsulluğa qarşı işləməyi və zənginliyi, ölkədaxili təfriqələrə qarşı uzlaşma, dialoq və yardımlaşmanı ön plana çəkir.

“Milli mədəniyyət sintezinə nail ola bilməyən, Səlcuqlu-Osmanlı sintezini inkar edən ziyalılar heç vaxt xalqla aralarındakı uçurumu keçə bilmədilər. Əsassız, köksüz, şablonvari baxış həmişə onların başını aldatdı. Onlar müstəmləkə valisi zehniyyətini beyinlərindən ata bilmədikləri üçün artan və yüksələn Türk burjuaziyasını ideologiya ilə təmin edə bilmədilər. Bu ölkənin öz tarixindən, şərtlərindən və mədəniyyətindən sintez meydana gətirə bilməyən ziyalılar və bürokratiya həmişə qarşı çıxan, müqavimət göstərən tərəf oldu. Özlərindən başqa hər şeyi kiçik gördülər,” – deyən Nevval Sevindi Fəthullah Gülənin şablonçu olmadığını, əlindəki imkanlardan yeni bir dəyər inşa edə bilmiş və bilgini bir daş yığını olaraq deyil, bir binanı tikəcək zehni fəaliyyət və proses şəklində görən şəxsiyyət olaraq modern Türkiyədə kültürəl İslamın (İslamın yemə-içmə, qılıq-qıyafət, əylənmə və başqa kültür həyatına baxan və toplumların şəklinə görə fərqliliklər göstərən halı) sintezini ortaya qoyduğunu vurğulayır. (Fəthullah Gülənlə NyuYork Söhbəti, Ergün, 103-104)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.